- 14.07.2024 08:19
Trampa atəş açan şəxs ÖLDÜRÜLDÜ – VİDEO

ABŞ prezidentliyinə namizəd Donald Trampın Pensilvaniya ştatındakı mitinqində atəş açmaqda şübhəli bilinən şəxs öldürülüb.
Musavat.com bu barədə CNN-ə istinadən məlumat verir.
“Prezidentliyə namizəd Donald Trampa atəş açan şübhəli şəxs Gizli Xidmət tərəfindən zərərsizləşdirilib”, – deyə məlumatda qeyd edilir.
Bundan başqa, hadisə nəticəsində mitinq iştirakçılarından da bir nəfərin öldüyü də bildirilib.
Qeyd edək ki, ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb.