• 14.07.2024 09:25

Bakı savaşa başlasa, İran İrəvana yardım edəcək? – Səfirin şok cavabı

Bakı savaşa başlasa, İran İrəvana yardım edəcək? – Səfirin şok cavabı

İranın Ermənistandakı səfiri Mehdi Sübhani “Azadlıq” radiosuna geniş müsahibəsində erməni jurnalistin israrla Azərbaycanın hərbi müdaxiləsi zamanı İranın mövqeyini öyrənmək arzusunu ürəyində qoyub.

Axar.az xəbər verir ki, jurnalist hətta Ermənistanın bəzi ərazisinin guya Azərbaycanın nəzarətində olduğunu da iddia edib, o cümlədən Sübhaninin müharibə üçün heç bir səbəb olmaması arqumentinə sərhəddə bəzən yaşanan toqquşmaları göstərməyə çalışıb, amma Sübhanidən “istədiyi cavabı” ala bilməyib.

Müsahibənin həmin hissəsini təqdim edirik:

– Siz deyirsiniz ki, Azərbaycan hərbi təcavüz etməyəcək! Bu inamı haradan alırsınız? Deyirsiniz ki, bu fərziyyədir, lakin Ermənistan Xarici İşlər Nazirliyi bu yaxınlarda Bakının noyabrda Bakıda keçiriləcək COP29 tədbirindən sonra hərbi təcavüzə əl atacağını istisna etməyib. Və qeyd etmək istəyirəm ki, hazırda Azərbaycan Ermənistanın Qərbi Zəngəzur, Sot və Cermukdakı ərazilərini işğal edib (şərti sərhəddəki yüksəklikləri erməni jurnalist “işğal” kimi qələmə verir – red.).

– Qulaq asın, burada iki məsələni nəzərə almaq lazımdır: o lokal toqquşmalar və ya atəşkəsin pozulması ayrıdır, müharibə isə ayrıdır – bunlar bir-birindən fərqlidir. Ermənistan ərazisinin bir hissəsinin Azərbaycanın nəzarətində olması təbii ki, danışıqlar və sərhədlərin dəqiqləşdirilməsi yolu ilə həll edilməlidir. Beynəlxalq sərhədlərə uyğun olaraq Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan ərazisində yerləşdiyi və bu hissənin demarkasiyası müəyyən ediləndə, həmin ərazilər geri qaytarıldı.

– Siz bununla dörd kəndin Azərbaycana keçməsini nəzərdə tutursunuz?

– Bəli. Beynəlxalq sərhədlər müəyyən ediləndə təbii olaraq hansı hissənin hansı ölkəyə aid olduğu bəlli olacaq. Bizim həm Azərbaycanla, həm də Ermənistanla yaxşı münasibətlərimiz var və biz bu yaxşı münasibətlərdən istifadə edib səy göstəririk ki, yeni müharibə olmasın. Diplomatiya problemləri həll etməyin ən yaxşı yoludur. Niyə biz müharibəni gözləyək, sonra diplomatiyaya başlayaq? Biz problemləri sülh yolu ilə həll etmək üçün bütün potensialımızdan istifadə etməyə hazırıq. Biz bunu qeyri-sabitlikdən əziyyət çəkə bilən, sabitlikdən faydalana bilən ölkə kimi deyirik.

– Qısa aydınlıq: Bakıdan hərbi təcavüz görsək, İrandan addımlar görəcəyik?

– Bu, Ermənistandır, müstəqil ölkədir, onun milli suverenliyi var, ərazi bütövlüyü var və bu ölkədə başqa ölkənin istənilən hərəkəti həmin ölkənin razılığı ilə həyata keçirilməlidir. İranın Ermənistanla əməkdaşlığını necə inkişaf etdirəcəyi iki ölkənin əməkdaşlığından asılıdır.

DİGƏR XƏBƏRLƏR

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı, boşanmış qadını yox”

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı,…

Dövrümüzün aktual problemlərindən biri də sayı sürətlə artan boşanmalardır. Azərbaycanda boşanmalarla bağlı statistik rəqəmlər artır. Rəsmi məlumata görə, son 10…
Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənni Ozzi Osbornun qızı Kelli narkoman olduğunu açıqlayıb. Proses.az lent.az-a istinadən bildirir ki, o, uşaqlıqda həkimlərdən arkotik tərkibli dərmanlar…
Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” – VİDEO

Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” –…

“Mən o qədər də aktiv insan deyiləm. 6 il yarım ərzində dünyanı gəzdim, bəlkə yenə quru yolu ilə nələrsə edərəm.…
Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də ölkənin Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub. Proses.az bizim.media-ya…
SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

Moskva Qarnizonu Hərbi Məhkəməsi külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.…
Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Ölkəmizdə son 1 il ərzində hibrid mühərrikli avtomobillərin qiymətində artım müşahidə olunur. Rəqəmlərə əsasən, 1 ədəd hibrid avtomobiln orta ixrac…
Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Aparıcı Zümrüd Bədəlova ARV TV-i ilə yollarını ayırıb. Proses.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü məlumat yayıb.…
Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Bakı Bələdiyyə teatrının aktyoru İlqar Musayevə ağır itki üz verib. Proses.az olay-a istinadən xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib.…
İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin həbsinin detalları məlum  olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlqar Mustafayev iki…
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

19 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə…
Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakı şəhərində fəaliyyət göstərən məşhur “Dubai Cars” avtosalonlarının sahibi həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1975-ci il təvəllüdlü Zaur…
Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan “Nas Daily” adlı dünyaca məşhur kontent yaradıcısının Azərbaycanla bağlı hazırladığı video gündəm olub. Proses.az Globalinfo.az-a…
İş və istirahət günlərinin yerləri dəyişdirildi

İş və istirahət günlərinin yerləri dəyişdirildi

İş və istirahət günlərinin yerləri dəyişdirilib. Proses.az bildirir ki, Nazirlər Kabineti bu barədə qərar verib. İş və istirahət günlərinin ardıcıllığını…
İradə Süleymanovaya Qarabağ Universitetində vəzifə verildi

İradə Süleymanovaya Qarabağ Universitetində vəzifə verildi

Qarabağ Universitetində yeni təyinat olub. Proses.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı ali təhsil müəssisəsinin rektoru Şahin Bayramov müvafiq…
Quru sərhədlərlə bağlı ŞAD XƏBƏR – Açıla bilər!

Quru sərhədlərlə bağlı ŞAD XƏBƏR – Açıla bilər!

Rəsmilər nə təkzib, nə təsdiq edir; təhlükəsizlik eksperti: “Müvəqqəti olaraq açılacağı ilə bağlı məlumatlar doğrudur, amma…” COVİD-19 pandemiyası ilə əlaqədar…