- 18.07.2024 13:21
Prezident Böyük Britaniyada işgüzar səfərdədir
Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısında iştirak etmək üçün İngiltərədə işgüzar səfərdədir.
Proses.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Prezidenti Oksforddakı Blenheim sarayına gedib.
Dövlət başçısını Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer qarşılayıb.