- 21.07.2024 17:48
45 yaşlı Nahid faciəvi şəkildə öldü
Biləsuvar rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.
Proses.az qafqazinfo-ya istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Abdulov Nahid Qurban oğlu hündürlükdən yıxılıb.
Bakıdakı xəstəxanaların birinə yerləşdirilən kişinin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, N.Abdulov tarladan mal-qara üçün topladığı yonca bağlamasını qoşquya yükləyərkən hündürlükdən yıxılıb.