• 22.07.2024 14:43

“İnsan anasının ölümünə də öyrəşir” – Taleh Yüzbəyov

“İnsan anasının ölümünə də öyrəşir” – Taleh Yüzbəyov

Aktyor Taleh Yüzbəyov bir neçə gün əvvəl dünyasını dəyişən anası Xuraman xanımla bağlı paylaşım edib:

Proses.az həmin paylaşımı təqdim edir:

“Allah ölənlərinizə rəhmət eləsin. Qəribədir, amma anam öləndən sonra ürəyimin varlığını hiss eləməyə başladım. Sinəmdə sol tərəfdə döyünən, sızıldayan və ağırlaşan nəsə var. Əvvəllər də ürəyimin varlığından xəbərdar idim. Üstdən toxunanda döyüntüsünü hiss eləyirdim, əzab çəkəndə ağrıyırdı, həyəcanlananda az qalırdı ağzımdan çıxsın. Amma indi onu hər an hiss eləyirəm. İndi elə bil ürəyimin fərqindəyəm.

Ölüm də belədir. Biz onun varlığına əminik, ona şübhə eləmirik, bilirik ki, bir gün olacaq, amma yalnız o gələndə fərqində oluruq. O, isə həmişə gözlənilməzdir. Həmişə acıdır. Ən pisi isə həmişəlikdir. Və elə ölümlər var ki, dözmək çətindir. İnsan həmişə güclü ola bilmir. İnsan həmişə güclü ola bilməz. İnsan həmişə güclü olmamalıdır.

Bilirəm, bir çoxumuz əməl eləyə bilməyəcəyik, amma yenə də deyim: Yaxınlarınızla, əzizlərinizlə, doğmalarınızla daha çox vaxt keçirin. Çünki onlar da bir gün ölür. Bir gün hamı ölür. Və adamın az qalır ürəyi partlasın.

Peşman olmağa isə həmişə nəsə tapırsan. Kaş bu arzusunu yerinə yetirərdim, kaş bu sözünü yerə salmazdım, kaş daha çox söhbət eləyəydim, kaş özümü çatdıraydım və sairə və ilaxır…

Amma insan həm də hər şeyə öyrəşir. Hətta anasının ölümünə də. Adamı ayaqda müxtəlif təsəllilər saxlayır. Əsas yoxluğunu düşünməyəsən. Fikirləşəsən ki, o haradasa var. İndi burada olmasa da, sənlə danışmasa da haradasa mövcuddur. O dünayda, bərzəxdə, lap elə fiziki olaraq qəbrinin içində.

Allah sənə rəhmət eləsin, ana. Sən mənim üçün həmişə, haradasa varsan.

Başsağlığı verən hamıya təşəkkür edirəm. Allah ölümün gecindən versin əzizlərimizə”.

 

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…