• 22.07.2024 16:56

FHN ən təhlükəli çimərliklərin adlarını açıqladı – “Axın və sualtı dərinliklər var”

FHN ən təhlükəli çimərliklərin adlarını açıqladı – “Axın və sualtı dərinliklər var”

Vətəndaşların böyük bir qismi istirahət məqsədilə nəzarətsiz çimərliklərə, su hövzələrinə üz tutur, nəticə isə fəlakətlidir. Aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, hər gün boğulma hadisələrinin şahidi oluruq.

Bəs insanların nəzarətsiz çimərliklərə, su hövzələrinə girməsinin qarşısını almaq üçün hansı tədbirləri görmək lazımdır?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablayan təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev bildirib ki, nəzarətsiz çimərliklərdə boğulma hallarının qarşısının alınması məqsədilə həmin ərazilərə girən şəxslərə cərimələr tətbiq oluna bilər:

“Bu qədər maarifləndirici və təbliğat xarakterli işlərin aparılmasına rəğmən nəzarətsiz çimərliklərdən istifadə edən vətəndaşlar varsa, bunun adını birmənalı olaraq məsuliyyətsizlik qoymaq olar. İnsanlar öz həyatlarına, sağlamlıq və təhlükəsizliklərinə qarşı məsuliyyətli olmalıdır. Hamı bilməlidir ki, nəzarətsiz çimərliklərdə hər an insanın boğulma təhlükəsi var. Nəzarət tədbirlərinin görülmədiyi belə məkanlarda dibdəki daş və ya şüşə parçalarının insanlara xəsarət yetirməsi ehtimalı yüksəkdir. Çünki bu ərazilərdə təmizlik işləri aparılmır. Bu çimərliklərdə suyun dərinliyi müəyyən olunmur, qəfildən su dərinləşə bilər və insan boğulma təhlükəsi ilə üz-üzə qala bilər.

Bir sıra ölkələrdə nəzarət olunmayan çimərliklərdən istifadə ilə bağlı inzibatı qaydada cərimə tədbirləri görülür. Amma bunun da100 faizlik effektiv nəticə verdiyini demək olmaz. Cərimələr bu kimi halların müəyyən qədər azalmasına səbəb olur. Amma maarifləndirici tədbirlərin kifayət qədər nəticə vermədiyini nəzərə alsaq, inzibati tədbirlərin görülməsi effektiv nəticə verə bilər”.

O qeyd edib ki, bu məsələlərlə bağlı konkret olaraq beynəlxalq təcrübə öyrənilməklə prosedurlar və qaydalar hazırlanmalı, mütəxəssislərdən ibarət ekspert qrupu təşkil olunmalıdır:

“Qaydalar tam hazırlanıb təsdiq olunduqdan sonra cərimə tədbirlərin görülməsinə başlamaq olar. Bu tədbirlərin görülməsi ilə bağlı müəyyən normalar müəyyənləşdirilməlidir. Nəzarətsiz çimərliklərlə bağlı qaydalar hazırlanmalı, cərimələrin tətbiqi isə FHN və DİN orqanları tərəfindən həyata keçirilməlidir”.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili vurğulayıb ki, Azərbaycanda bütün su obyektlərini FHN-in xilasediciləri ilə təmin etmək mümkün deyil:

Dənizdə batanlarla bağlı sensasion iddia: "Dalğıclar qəsdən..."

“Xəzər dənizinin Azərbaycana aid olan sahə zolağının uzunluğu 955 kilometrdir. Bundan başqa, Azərbaycanda kifayət qədər çaylar, göllər, su anbarları və yaxud da digər su tutarlar var, bütün bu su obyektlərini FHN xilasediciləri ilə təmin etmək mümkün deyil. Dünyada belə bir təcrübə də yoxdur. Dövlət tərəfindən nəzərdə tutulmuş çimərlik ərazilər ictimai çimərliklərdir. Biz həmin çimərlik ərazilərində xidmət aparırıq. Ən təhlükəli yerlər kimi isə Bilgəh və Nardaran qəsəbələrinin sahilboyu ərazilərini göstərmək olar. Bu ərazidə vətəndaşların həyatını təhlükəyə atacaq sualtı dərinliklər var. Su axınları normadan artıqdır, şimal küləklərindən sonra birbaşa dənizin içərisinə axın gedir. İnsanları dənizin içərisinə bir kanal aparır. Bu ərazidə çimərlik yaratmaq məqsədəuyğun deyil”.

O həmçinin FHN-in nəzarətsiz ərazilər üzrə giriş-çıxışa qadağa qoymaq səlahiyyətinin olmadığını söyləyib:

“FHN-in səlahiyyəti yoxdur ki, hansısa əraziyə giriş-çıxış üçün qadağa qoysun, sudan kimisə zorla çıxarsın və ya kənarlaşdırsın. Biz FHN olaraq yalnız maarifləndirci məlumat veririk. Hər gün bu ərazilər barədə maarifləndirici məlumatlar verilməsinə baxmayaraq, həmin ərazilərdən istifadə edilir. Mürəkkəb relyefə, sürətli axına, məhdud görüntüyə malik olması bu ərazilərdən istifadə edənlərin həyat və sağlamlıqlarına ciddi təhlükə yaradır. Məsələn, suvarma kanallarının kənarları beton pilitələr ilə örtülüdür. Bu pilitələrin su ilə təması nəticəsində sürüşkən təbəqə əmələ gəlir, insan ora düşəndə təkbaşına çıxa bilmir. Hətta bizim xilasedicilərimiz belə o əraziyə düşəndə texniki qüvvə olmadan oradan təkbaşına çıxa bilmirlər. Bu kanallarda axın sürətlidir, çünki oranın təyinatı suvarmadır. Su bir istiqamətdən digər istiqamətə sürətlə çatdırılır. Belə yerlərdə çimmək olmaz. Süni göllərin dib hissələri bataqlıqlaşmış torpaq təbəqəsindən ibarətdir, biz ayağımızı sahildən suya salanda torpaq sanki insanı içinə çəkir. Çaylarda həmçinin suyun içində daşlar, ağaclar və s. ola bilir. Bəzən cavanlar kənardan suyun içinə tullanırlar, lakin orada nə olduğunu bilmirlər. Bunların hər biri insan həyatı üçün təhlükədir”.

Təhlükəsizlik məsələlər üzrə ekspert Rəşad Borcəliyev hesab edir ki, suda boğulmaların qarşısını almaq məqsədilə qadağan olunmuş su hövzələrinə daxil olan şəxslərə cərimələrin tətbiq olunmalıdır:

“İnsanların qadağan olunan su hövzələrinə girişinin qarşısını almaq məqsədilə cərimələr tətbiq oluna bilər. Necə ki, suda hərəkət edən yük, sərnişin gəmiləri, digər tankerlər müəyyən edilmiş qaydalar pozulduqda cərimələnir, eynilə vətəndaşlar da 15-50 manat aralığında cərimə edilə bilər. Bir çox xarici ölkələrədə okeana çıxışı olan çimərliklərdə işarələnmiş ərazini keçmək, yaxınlaşma halları olduqda cərimələr tətbiq olunur. İndiki halda insanların maddi vəziyyətini canından çox düşündüyünü nəzərə alsaq, ən azından maddi itkiyə görə qadağan olunmuş ərazilərə girməkdən çəkinəcək və qaydaları pozmayacaqlar”.

Onun sözlərinə görə, müşahidə kameraları vasitəsilə də bu ərazilərə nəzarət etmək olar:

“Qadağan olunmuş çimərliklərə girən şəxslərin müəyyən edilməsi üçün müşahidə kameralarından istifadə edilə bilər. Ola bilər ki, FHN-nin şəxsi heyəti olmasın, bura nəzarət edilməsin, lakin qurumun maliyəsi bu qədər azdır ki, müşahidə kameraları quraşdırmasın? Müşahidə kameraları quraşdırılarsa, kameraya düşmə xofu insanlarda ehtiyyat hissi yaradacaq və həmin ərazilərə girməkdən çəkinəcəklər. Bu yalnız FHN-nin öhdəliyində olmamalıdır. Həmin ərazilərdə xüsusi polis idarələrinin əməkdaşları vətəndaşların ən çox üz tutduğu risk qrupuna daxil olan ərazilərdə suda katerlər vasitəsilə mühafizəni təmin edə bilərlər”.

Ekspert iddia edir ki, FHN qadağan olunmuş çimərliklərə nəzarət üçün işçi qrupunun ayırmasını maliyyə itkisi hesab edir:

“Mövsümlə əlaqədar olaraq FHN tərəfindən müəyyən normativlər əsasında ştatdan kənar işçilər 3-6 aylıq fəaliyyətə cəlb olunur. Lakin bu ştatların sayını artırmaqla nəzarəti gücləndirmək olar. Dəniz sahillərində yaşayan, suda xilasetmə bacarıqlarına yiyələnmək üçün kurslar keçmiş şəxslər var ki, onları müəyyən məbləğli maaşla ştatı artırmaq olar. Amma FHN bunda maraqlı deyil. Düşünürlər ki, bu, maliyyə itkisidir”.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…