- 23.07.2024 11:49
Oğuzda 11 yaşlı qız öldü – Səbəb dəhşətə gətirir
Oğuzda 11 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.
Proses.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Yemişənli kəndində baş verib.
Belə ki, həmin kənd sakini, 2013-cü il təvəllüdlü Firuzə Nəbi qızı Qəribova yaşadığı evin həyətində yelləncəkdə yellənərkən onun ipi boğazına dolanıb və azyaşlı boğularaq ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.