• 29.07.2024 15:19

Texniki Universitetə rektor təyin olunan Vilayət Vəliyev kimdir? – DOSYE

Texniki Universitetə rektor təyin olunan Vilayət Vəliyev kimdir? – DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Vilayət Vəliyev Azərbaycan Texniki Universitetinin rektoru təyin edilib.

Proses.az yenidən universitetə təyin olunan rektorun dosyesini təqdim edir:

Vilayət Məmməd oğlu Vəliyev 1960-cı il martın 28-də anadan olub.

O, 1978-ci ildə Sumqayıt şəhəri 49 saylı texniki-peşə məktəbini bitirib, 1978-83-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tətbiqi riyaziyyat fakültəsində təhsil alıb. 1985-89-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunun (DNQYPİ) aspiranturasında təhsilini davam etdirib.

1990-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək, “Neft-qaz yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə texnika elmləri namizədi elmi dərəcəsi alan Vilayət Vəliyev 1992-94-cü illərdə ABŞ-də “Unocal” və “Pennzoil” şirkətlərinin elmi mərkəzlərində birgə tədqiqatlar aparıb. 1994-cü ildə ABŞ-nin Beynəlxalq Enerji İqtisadçıları Assosiasiyasının (IAEE) üzvü, 2017-ci ildə İdarə Heyətinin üzvü, 2018-ci ildə regional inkişaf məsələləri üzrə vitse-prezidenti seçilib.

1995-99-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunun (DNQYPİ) doktoranturasında əyani təhsil alan Vilayət Vəliyev 1999-cu ildə ABŞ-nin Oklahoma Universitetində (Oklahoma ştatı, Norman şəhəri) “Tək məhsul ixracından asılı keçid iqtisadiyyatları” mövzusunda təhsil alıb və birgə tədqiqatlar aparıb.

2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika (indiki İdarəetmə Sistemləri) İnstitutunda dissertasiya işini müdafiə edərək, “İqtisadiyyatın riyazi və instrumental üsulları” ixtisası üzrə iqtisad elmləri doktoru elmi dərəcəsini alıb.

Vilayət Vəliyev 2000-2004-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində (fərqlənmə ilə) ikinci ali təhsil alıb.

1983-2009-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunda (DNQYPİ) böyük laborant kimi çalışaraq, mühəndis, böyük mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi, sektor müdiri və şöbə müdiri vəzifəsinə yüksəlib.

2003-11-ci illərdə (2009-cu ildən sonra əvəzçiliklə) AMEA-nın Geologiya İnstitutunda (AMEA-nın DNQYPİ ilə Geologiya İnstitutu birləşdikdən sonra) Neft-Qaz Problemlərinin İqtisadi Tədqiqi Şöbəsinin müdiri işləyən Vilayət Vəliyev 2013-cü ildə ekonometriya, iqtisadi statistika ixtisası üzrə professor elmi adını alıb.

2012-ci ildən Azərbaycan Milli Aviasiya Akademiyasında yarımştat professor vəzifəsində çalışan Vilayət Vəliyev 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

O, bu təyinata qədər İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışıb.

Vilayət Vəliyev 112 elmi əsərin, o cümlədən 40-dan artıq xaricdə çap olunmuş əsərin, həmçinin bir monoqrafiya və bir dərsliyin müəllifidir. Onun elmi rəhbərliyi ilə 12 elmlər namizədi (fəlsəfə doktoru) hazırlanıb.

O, həmçinin, 2019-cu ildə Azərbaycan Dövlət Texniki Universitetinin rektoru təyin edilib.

Rus və ingilis dillərini bilir. Ailəlidir, iki övladı var.

DİGƏR XƏBƏRLƏR

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO, VİDEO

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO,…

Bu gün – sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərindən bir il ötür. Əvvəlcə onu qeyd…
20 Sentyabr iş günü olacaq? – Rəsmi

20 Sentyabr iş günü olacaq? – Rəsmi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Məsələ ilə…
AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi Fəxrəddin Kazımov vəzifəsindən azad edilib.…
“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı, boşanmış qadını yox”

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı,…

Dövrümüzün aktual problemlərindən biri də sayı sürətlə artan boşanmalardır. Azərbaycanda boşanmalarla bağlı statistik rəqəmlər artır. Rəsmi məlumata görə, son 10…
Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənni Ozzi Osbornun qızı Kelli narkoman olduğunu açıqlayıb. Proses.az lent.az-a istinadən bildirir ki, o, uşaqlıqda həkimlərdən arkotik tərkibli dərmanlar…
Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” – VİDEO

Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” –…

“Mən o qədər də aktiv insan deyiləm. 6 il yarım ərzində dünyanı gəzdim, bəlkə yenə quru yolu ilə nələrsə edərəm.…
Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də ölkənin Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub. Proses.az bizim.media-ya…
SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

Moskva Qarnizonu Hərbi Məhkəməsi külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.…
Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Ölkəmizdə son 1 il ərzində hibrid mühərrikli avtomobillərin qiymətində artım müşahidə olunur. Rəqəmlərə əsasən, 1 ədəd hibrid avtomobiln orta ixrac…
Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Aparıcı Zümrüd Bədəlova ARV TV-i ilə yollarını ayırıb. Proses.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü məlumat yayıb.…
Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Bakı Bələdiyyə teatrının aktyoru İlqar Musayevə ağır itki üz verib. Proses.az olay-a istinadən xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib.…
İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin həbsinin detalları məlum  olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlqar Mustafayev iki…
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

19 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə…
Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakı şəhərində fəaliyyət göstərən məşhur “Dubai Cars” avtosalonlarının sahibi həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1975-ci il təvəllüdlü Zaur…
Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan “Nas Daily” adlı dünyaca məşhur kontent yaradıcısının Azərbaycanla bağlı hazırladığı video gündəm olub. Proses.az Globalinfo.az-a…