- 31.07.2024 12:30
HƏMAS liderinin dəfn olunacağı yer AÇIQLANDI
Öldürülən HƏMAS-ın siyasi bürosunun lideri İsmayıl Həniyənin dəfn mərasimi Tehranda keçiriləcək.
Musavat.com xəbər verir ki, bu barədə “Tasnim News” məlumat yayıb.
Mərasimin sabah baş tutacağı güman edilir.
Qeyd edək ki, dünən İran prezidentinin andiçmə mərasiminə qatılmaq üçün İrana səfər edən HƏMAS lideri bu gün səhər saatlarında Tehranda öldürülüb.