• 01.08.2024 12:56

“TikTok“da yazılan şərhə görə adam bıçaqlayan şəxs: “Məni məktəbin həyətinə görüşə çağırdı…“

“TikTok“da yazılan şərhə görə adam bıçaqlayan şəxs: “Məni məktəbin həyətinə görüşə çağırdı…“

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Əmrah Əmrahovun cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.

Medianews.az Pravda.az-a istinadən xəbər veri ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunmuş ittiham üzrə Əmrah Əmrahov özünü qismən təqsirli bilib.

O, ifadəsində qeyd edib ki, işdə olduğu zaman “TikTok” sosial şəbəkəsində yazılan şərhə cavab verib:

“Bununla bağlı zərərçəkmiş Ömər Bəbirov məni görüşə çağırdı. Onun dediyi yerə getdim. 261 nömrəli tam orta məktəbin həyətində görüşdük. Bu zaman Ömər üzərimə gəldi. Buna görə də qorxaraq onu bıçaqla vurdum. Əməlimdən çox peşmanam. Hadisədən sonra zərərçəkmişlə barışmışam, ona vurulmuş ziyanı ödəmişəm və bu səbəbdən də Ömərin mənə qarşı heç bir şikayət və tələbi yoxdur”.

Verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs vurğulayıb ki, “TikTok” zərərçəkmiş “sən burada olmamısan” şərhini yazıb:

“Mən də Ömərə cavab olaraq yazdım ki, “bəs sən necə, burada olmusan?” Bundan sonra zərərçəkmiş şəxs məni görüşə çağırdı. Görüşməyi və görüş yerini Ömər özü mənə təklif etdi. Görüş zamanı zərərçəkmiş şəxs mənim üzərimə gəldi. Bu zaman əlimi gödəkçəmin cibinə atdım. Düşündüm ki, Ömər bıçaq çıxarıb məni vuracaq. Bundan ehtiyat edərək zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirdim. Hadisə yerində məndən və Ömərdən başqa heç kəs yox idi. Hadisədən bir gün sonra özüm polis bölməsinə gedərək təslim oldum”.

Qeyd edək ki, hadisə ötən ilin dekabrında paytaxtın Xətai rayonunda qeydə alınıb. Belə ki, Əmrah Əmrahov “TikTok” sosial şəbəkəsində tanımadığı Ömər Bəbirovun tanışının videosunun altından rəy yazıb. Tərəflər məhz buna görə yaranan mübahisəyə aydınlıq gətirmək üçün görüş təyin edirlər. Onlar Xətai rayonu ərazisində yerləşən məktəblərin birinin həyətində görüşərək mübahisələrini davam etdiriblər. Bu məqamda Əmrah Əmrahov başı ilə Ömər Bəbirovun sifət nahiyəsindən zərbə vurub, ardınca isə üzərində gəzdirdiyi bıçaqla döş qəfəsindən bir dəfə vuraraq, onun sağlamlığına ağır zərər vurub. Əmrah Əmrahova qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə) maddəsi ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Əmrahov 6 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunub.

DİGƏR XƏBƏRLƏR

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı, boşanmış qadını yox”

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı,…

Dövrümüzün aktual problemlərindən biri də sayı sürətlə artan boşanmalardır. Azərbaycanda boşanmalarla bağlı statistik rəqəmlər artır. Rəsmi məlumata görə, son 10…
Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənni Ozzi Osbornun qızı Kelli narkoman olduğunu açıqlayıb. Proses.az lent.az-a istinadən bildirir ki, o, uşaqlıqda həkimlərdən arkotik tərkibli dərmanlar…
Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” – VİDEO

Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” –…

“Mən o qədər də aktiv insan deyiləm. 6 il yarım ərzində dünyanı gəzdim, bəlkə yenə quru yolu ilə nələrsə edərəm.…
Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də ölkənin Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub. Proses.az bizim.media-ya…
SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

Moskva Qarnizonu Hərbi Məhkəməsi külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.…
Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Ölkəmizdə son 1 il ərzində hibrid mühərrikli avtomobillərin qiymətində artım müşahidə olunur. Rəqəmlərə əsasən, 1 ədəd hibrid avtomobiln orta ixrac…
Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Aparıcı Zümrüd Bədəlova ARV TV-i ilə yollarını ayırıb. Proses.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü məlumat yayıb.…
Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Bakı Bələdiyyə teatrının aktyoru İlqar Musayevə ağır itki üz verib. Proses.az olay-a istinadən xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib.…
İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin həbsinin detalları məlum  olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlqar Mustafayev iki…
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

19 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə…
Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakı şəhərində fəaliyyət göstərən məşhur “Dubai Cars” avtosalonlarının sahibi həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1975-ci il təvəllüdlü Zaur…
Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan “Nas Daily” adlı dünyaca məşhur kontent yaradıcısının Azərbaycanla bağlı hazırladığı video gündəm olub. Proses.az Globalinfo.az-a…
İş və istirahət günlərinin yerləri dəyişdirildi

İş və istirahət günlərinin yerləri dəyişdirildi

İş və istirahət günlərinin yerləri dəyişdirilib. Proses.az bildirir ki, Nazirlər Kabineti bu barədə qərar verib. İş və istirahət günlərinin ardıcıllığını…
İradə Süleymanovaya Qarabağ Universitetində vəzifə verildi

İradə Süleymanovaya Qarabağ Universitetində vəzifə verildi

Qarabağ Universitetində yeni təyinat olub. Proses.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı ali təhsil müəssisəsinin rektoru Şahin Bayramov müvafiq…
Quru sərhədlərlə bağlı ŞAD XƏBƏR – Açıla bilər!

Quru sərhədlərlə bağlı ŞAD XƏBƏR – Açıla bilər!

Rəsmilər nə təkzib, nə təsdiq edir; təhlükəsizlik eksperti: “Müvəqqəti olaraq açılacağı ilə bağlı məlumatlar doğrudur, amma…” COVİD-19 pandemiyası ilə əlaqədar…