• 01.08.2024 14:16

Arslan Növrəsliyə vəzifə verildi

Arslan Növrəsliyə vəzifə verildi

Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə tarzən Arslan Növrəsli İncəsənət fakültəsinin İnstrumental ifaçılıq və musiqi müəllimliyi kafedrasına müdir təyin olunub.

Arslan Növrəsli tar aləti ifaçılığı tarixində ilk dəfə olaraq harmonik jazz standartları tətbiq edərək alətin ifa imkanlarını daha da genişləndirmiş tarzəndir. O, Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri kafedrasının bakalavr və magistr pillələrini tar ixtisası üzrə bitirmişdir.

Mütəmadi olaraq maraqlı layihələrlə dünyanın bir çox ölkələrində çıxışlar edir -2010, 2014-cü illərdə Londonda I və II “Buta” İncəsənət Festivalı çərçivəsində “Azərbaycan Mədəniyyətinin 100 günlüyü” ilə bağlı silsilə çıxışlar “Soçi −2014”, “Bakı −2015” Olimpiadaları, “Bakı-2015 Avropa Oyunları”, 2017 İslam Həmrəyliyi Oyunları, Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalı, 2017-ci ildə keçirilən “Astana-Arkau” Türk Ənənəvi Musiqisinin Beynəlxalq Festivalı, XII Qəbələ Musiqi Festivalı və s. çərçivəsində çıxışlar etmişdir.

Böyük solo layihələrindən 2011-ci ildə Q. Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə Bakı Muğam Mərkəzində Azərbaycan -İsveçrə forumu çərçivəsində “Tar project “, 2012-ci ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında – “Tar with Arslan Novrasli” , Bakı Jazz Festivalı 2014-də “The first time in jazz “, Londonun Central Hall Westminster adlı zalında solo – “Discovering the tar with Arslan Novrasli” , 2015-ci ildə IV Beynəlxalq Muğam Festivalı çərçivəsində, Bakı Jazz Mərkəzində jazz qrupu ilə birgə solo konserti, 2016-cı ildə Ukraynanın bir sıra şəhərlərində keçirilən “Solo tar -Arslan Növrəsli ilə” konsertlər silsiləsi, 2018-ci ildə İstanbulda “Azərbaycan musiqi festivalı” çərçivəsində “Sən də Azərbaycanı gör” şüarı altında keçirilən xeyriyyə məqsədli ethno -jazz repertuarlı solo konserti, 2018 və 2019-cu illərdə Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin 100 və 101 illiyi münasibətilə Ethno Jazz Band`lə solo konsertləri, XII Qəbələ musiqi Festivalındakı çıxışı, 2022-ci ildə “Expo 2022 Dubai” sərgisinin Azərbaycan pavilionunda solo konserti, Vaşinqtonda, The Kennedy Center`də “The Voice of Orchid” adlı xeyriyyə konsertini, V Xarıbülbül Festivalı çərçiəsində Cıdır düzündə keçirilən ethno jazz band`i ilə solo layihəni, 2022-ci ildə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Macarıstanda 27 xalqın 170000 nümayəndəsinin iştirakı ilə keçirilən VII Hun -Türk Festivalında çıxışı göstərmək lazımdır. Arslan Növrəsli Mədəniyyət Nazirliyinin təşkilatçılığı, “Cultural Network House” Assosiasiyasının və Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADİV) birgə əməkdaşlığı ilə sənətçi dostlarla Türkiyə universitetləri arasında mədəniyyət mübadiləsi layihəsində iştirak etmişdir.

2013-cü ildə təqdim etdiyi “Milli musiqimiz gənclərin təqdimatında” adlı layihəyə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondundan Grand qazanmışdır.

Azərbaycan bəstəkarlarının əsərlərinin tar aləti üçün çoxsaylı işlənmələrini etmiş tarzənin 8 əsərdən ibarət “Pyeslər məcmuəsi” 2016-cı ildə çapdan çıxmışdır.

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı əsasında 2017-ci ildən etibarən Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş ali, orta ixtisas, peşə təhsili müəssisələrinin tələbələri arasında bədii yaradıcılıq festivalının münsiflər heyətinin üzvüdür, eyni zamanda  Elm və Təhsil, Mədəniyyət nazirlikləri, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən I Uşaq İncəsənət Festivalının münsiflər heyətinə daxil edilmişdir.

O, bu təyinata qədər müxtəlif illərdə Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin solisti, Azərbaycan Milli Konservatoriyasının  baş müəllimi, Respublika Uşaq Gənclər İncəsənət Mərkəzinin baş mütəxəssisi, H.Əliyev adına Müasir Təhsil Kompleksi və AMK nəzdində İncəsənət Gimnaziyasının müəllimi olaraq fəaliyyət göstərmişdir.

DİGƏR XƏBƏRLƏR

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO, VİDEO

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO,…

Bu gün – sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərindən bir il ötür. Əvvəlcə onu qeyd…
20 Sentyabr iş günü olacaq? – Rəsmi

20 Sentyabr iş günü olacaq? – Rəsmi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Məsələ ilə…
AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi Fəxrəddin Kazımov vəzifəsindən azad edilib.…
“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı, boşanmış qadını yox”

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı,…

Dövrümüzün aktual problemlərindən biri də sayı sürətlə artan boşanmalardır. Azərbaycanda boşanmalarla bağlı statistik rəqəmlər artır. Rəsmi məlumata görə, son 10…
Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənni Ozzi Osbornun qızı Kelli narkoman olduğunu açıqlayıb. Proses.az lent.az-a istinadən bildirir ki, o, uşaqlıqda həkimlərdən arkotik tərkibli dərmanlar…
Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” – VİDEO

Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” –…

“Mən o qədər də aktiv insan deyiləm. 6 il yarım ərzində dünyanı gəzdim, bəlkə yenə quru yolu ilə nələrsə edərəm.…
Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də ölkənin Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub. Proses.az bizim.media-ya…
SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

Moskva Qarnizonu Hərbi Məhkəməsi külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.…
Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Ölkəmizdə son 1 il ərzində hibrid mühərrikli avtomobillərin qiymətində artım müşahidə olunur. Rəqəmlərə əsasən, 1 ədəd hibrid avtomobiln orta ixrac…
Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Aparıcı Zümrüd Bədəlova ARV TV-i ilə yollarını ayırıb. Proses.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü məlumat yayıb.…
Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Bakı Bələdiyyə teatrının aktyoru İlqar Musayevə ağır itki üz verib. Proses.az olay-a istinadən xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib.…
İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin həbsinin detalları məlum  olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlqar Mustafayev iki…
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

19 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə…
Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakı şəhərində fəaliyyət göstərən məşhur “Dubai Cars” avtosalonlarının sahibi həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1975-ci il təvəllüdlü Zaur…
Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan “Nas Daily” adlı dünyaca məşhur kontent yaradıcısının Azərbaycanla bağlı hazırladığı video gündəm olub. Proses.az Globalinfo.az-a…