• 02.08.2024 13:46

Əcnəbi rəqqaslardan möhtəşəm “Uzundərə” performansı – VİDEO

Əcnəbi rəqqaslardan möhtəşəm “Uzundərə” performansı – VİDEO

Azərbaycan rəqsi ən gözəl və mürəkkəb milli rəqslərdən biridir. O, xalqın xarakterini, adət-ənənələrini əks etdirir. Azərbaycan rəqsi digərlərindən rəngarəngliyi və xoreoqrafik həllərlə zəngin olması ilə fərqlənir. Biz Qafqazda yeganə xalqıq ki, rəqs musiqimiz 24 ritmdən ibarətdir. Bizdə musiqi və ritmin həddindən çox növü, rəqsin müxtəlif xarakterləri var.

Buna görə də ona üz tutan hər kəsin qəlbini fəth etməsi təəccüblü deyil. Bu yaxınlarda Azərbaycan rəqsi “Uzundərə”nin ifa olunduğu video sosial şəbəkələrdə virus kimi sürətlə yayılanda bunun bir daha şahidi olduq. Və bütün bunlar ifaçılar olan Dima Bulanov və Olesya Şirokovanın sayəsində oldu.

Dima altı yaşından bal rəqsləri ilə məşğul olur və beynəlxalq idman ustasıdır. Olesya 15 il əvvəl Dimadan rəqs öyrənməyə başlayıb. Beləcə tanış olublar. Onlar əvvəl rəqsdə, sonradan isə həyatda birləşiblər.

Proses.az bildirir ki, cütlüyün Oxu.Az-a verdiyi məlumata görə, onlar sosial şəbəkələrə təxminən on il əvvəl gəliblər.

“Biz təsadüfən gəldik. Türkiyədə çimərlikdə gəzərkən sosial şəbəkə hesabları açmağı düşündük. O zaman ən çox “Instagram” məşhur idi. Bizim Moskvada çoxlu rəqs məktəbimiz və əlbəttə ki, şagirdlərimiz var idi. Buna görə də tez bir zamanda xeyli abunəçi toplaya bildik. Biz aktiv şəkildə inkişaf edirdik, müxtəlif məzmunları sınaqdan keçirirdik. Tez bir zamanda auditoriya topladıq, sonra da “TikTok”da, “VKontakte”də səhifələr yaratdıq və “YouTube” kanalı açdıq”, – deyə cütlük Oxu.Az-la söhbətində bildirib.

İndi “crazy_dance_family” dünyanı qız övladı ilə gəzir. O da gözəl rəqs edir, balacalıqdan bədii gimnastika ilə də məşğul olub. Ancaq valideynləri qızlarının peşəkar şəkildə rəqs etməsini istəmirlər, çünki hesab edirlər ki, peşəkar idman heç də həmişə sağlamlıq üçün yaxşı olmur. Hələlik qızcığaz dərsləri ilə məşğul olur, özü üçün rəqs edir və valideynlərinin ifalarını videoya çəkir. Bəli, cütlüyün sosial media səhifələrindəki foto və videoların əksəriyyəti onun işidir.

Videoları milyonlarla baxış toplayan rəqqaslar Oxu.Az-a bildiriblər ki, Azərbaycandan olan abunəçilər onların Azərbaycan rəqsi ifa etmələrini istəyiblər.

“Biz hər gün “TikTok”da canlı yayım edirik və bizə Azərbaycandan çoxlu adam baxır, “Uzundərə” rəqsi ilə tanış olmağımızı tövsiyə etdilər, bizə bu rəqsin konsertdə ifa olunduğu videonun linkini göndərdilər. Çox bəyəndik, iki həftə öyrəndik, əllərə, quruluşa diqqət yetirdik, bu rəqsin qısa bir hissəsini hazırladıq. Əvvəlcə onu öz evimizdə ifa etdik. İkinci nümayiş artıq gözəl bir yerdə baş tutdu. Biz onda Tailandın şimalındakı Çianqmayda səfərdə idik.

Bu rəqs bizim üçün mürəkkəbdir, çünki onun mədəniyyətinə o qədər də bələd deyilik, ona görə də rəqqasların jest və hərəkətlərini vizual təkrarlamağa çalışdıq. Amma bizim üçün maraqlı bir təcrübə oldu, çox xoşumuza gəldi. Düşünürəm ki, biz bununla kifayətlənməyəcəyik və yeni rəqslər hazırlamağa davam edəcəyik”, – D.Bulanov bildirib.

DİGƏR XƏBƏRLƏR

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO, VİDEO

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO,…

Bu gün – sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərindən bir il ötür. Əvvəlcə onu qeyd…
20 Sentyabr iş günü olacaq? – Rəsmi

20 Sentyabr iş günü olacaq? – Rəsmi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Məsələ ilə…
AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi Fəxrəddin Kazımov vəzifəsindən azad edilib.…
“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı, boşanmış qadını yox”

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı,…

Dövrümüzün aktual problemlərindən biri də sayı sürətlə artan boşanmalardır. Azərbaycanda boşanmalarla bağlı statistik rəqəmlər artır. Rəsmi məlumata görə, son 10…
Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənni Ozzi Osbornun qızı Kelli narkoman olduğunu açıqlayıb. Proses.az lent.az-a istinadən bildirir ki, o, uşaqlıqda həkimlərdən arkotik tərkibli dərmanlar…
Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” – VİDEO

Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” –…

“Mən o qədər də aktiv insan deyiləm. 6 il yarım ərzində dünyanı gəzdim, bəlkə yenə quru yolu ilə nələrsə edərəm.…
Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də ölkənin Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub. Proses.az bizim.media-ya…
SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

Moskva Qarnizonu Hərbi Məhkəməsi külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.…
Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Ölkəmizdə son 1 il ərzində hibrid mühərrikli avtomobillərin qiymətində artım müşahidə olunur. Rəqəmlərə əsasən, 1 ədəd hibrid avtomobiln orta ixrac…
Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Aparıcı Zümrüd Bədəlova ARV TV-i ilə yollarını ayırıb. Proses.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü məlumat yayıb.…
Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Bakı Bələdiyyə teatrının aktyoru İlqar Musayevə ağır itki üz verib. Proses.az olay-a istinadən xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib.…
İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin həbsinin detalları məlum  olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlqar Mustafayev iki…
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

19 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə…
Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakı şəhərində fəaliyyət göstərən məşhur “Dubai Cars” avtosalonlarının sahibi həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1975-ci il təvəllüdlü Zaur…
Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan “Nas Daily” adlı dünyaca məşhur kontent yaradıcısının Azərbaycanla bağlı hazırladığı video gündəm olub. Proses.az Globalinfo.az-a…