• 05.08.2024 15:26

Ölümündən 22 gün sonra dəfn olunan Firəngiz Rəhimbəyova haqda DOSTLARI danışır: “Həyat yoldaşı dedi ki,…”

Ölümündən 22 gün sonra dəfn olunan Firəngiz Rəhimbəyova haqda DOSTLARI danışır: “Həyat yoldaşı dedi ki,…”

Bu gün Azərbaycan estrada musiqisinin yaradıcılarından biri, gözəlliyi ilə dillərə dastan olan amma daha çox “Bəxt üzüyü” filminin Sevdası kimi yaddaşlarda qalan Firəngiz Rəhimbəyovanın doğum günüdür. Aktrisanı sənət yoldaşları ilə birgə anırıq.
Moderator.az-a açıqlama verən əməkdar artist Gülşad Baxşıyeva bildirib ki, Firəngiz xanım olduqca pozitiv bir insan idi.
“Nəinki özü, səsi də pozitiv idi. Nə vaxt baxırdın deyib-gülürdü. Problemləri bəlkə də çox idi, amma heç vaxt onlardan danışmırdı. Müğənni kimi də fərqli idi. İş elə gətirdi ki, “Bəxt üzüyü” filmində birgə çəkildik. O xoşbəxt Sevdanı, mən isə bədbəxt, üzüyünü itirmiş Saranı oynayırdım. Bir ailə kimi filmə çəkilirdik. Ona “Fira” deyə müraciət edirdik. Deyirdi ki, həyatın hər anını gözəl yaşamaq, dadını çıxarmaq lazımdır. Məndən yaşca kiçik olsa da, onun dediklərindən, həyata baxışından çox şey öyrəndim. Məşhur müğənni olmasına baxmayaraq özünü qətiyyən göylə aparmazdı. Çəkilişdə hər kəslə eyni səs tonu ilə danışırdı. İnsanlar arasında fərq qoymazdı. Hələ onu görməmişdim ki, bir dəfə oturub kiminsə qeybətini etsin, sözünü danışsın. Ümumiyyətlə heç kəs haqqında danışmazdı. Bakıya gələndə tez-tez görüşürdük. Deyirdi ki, sən də gəl Amerikaya. Deyirdim ki, Fira, Bakı-Sumqayıt deyil e, Amerikadır. Deyirdi ki, nə olsun, min təyyarəyə gəl (gülür). “Bəxt üzüyü-2” filminin çəkilişlərinə gələndə məni soruşub, gözü məni axtarıb. Soruşub ki, Gülşad hanı? Onlar da yəqin deyiblər ki, biz belə çəkirik. Firəngizin ölümü mənim üçün qorxulu bir yuxu oldu. Televizorda eşitdim ki, dünyasını dəyişib.. Hönkürtü ilə ağladım… (kövrəlir). Xatirəmdə hər zaman gülərüz, sevimli biri kimi qalacaq. Bu dünyada da yeri cənnət idi, orada da cənnətdə olacağına inanıram”, – deyə aktrisa bildirib.
Xalq artisti Valeh Kərimov Firəngiz Rəhimbəyova ilə tanışlığını belə xatırlayıb:
“Afaq xanımla mən Sumqayıt Dövlət Dram Teatrında “Bəxt üzüyü” tamaşasında həmin rolları oynamışdıq. Bu tamaşa o vaxt məşhur idi. Sevda roluna əslində başqa bir aktrisanı sınaqdan keçirmişdilər. Nədənsə rejissor onu uyğun bilmədi. Bir neçə gündən sonra dedilər ki, filan vaxtı gələrsən kinostudiyaya. Çəkilişlərə gəldim, gördüm ki, Firəngiz xanım da gəlib. Mən o vaxta kimi onu müğənni kimi tanıyırdım. Çəkilişlərə gəldiyi gün elə birinci o məşhur səhnəni çəkməyə başladıq. Çox xoş əhval-ruhiyyədə olurdu. Şən, azad, gözəl, müasir qadın idi. Rolu elə gözəl oynayırdı ki.. Səmimi deyim ki, rol da ona yaraşırdı. Filmin çəkilişlərindən bir müddət sonra eşitdim ki, Firəngiz Amerikaya gedir. Onun canında, qanında avropalılıq var idi. Gedəndən sonra əlaqə saxlayırdım. Soruşurdum ki, necədir vəziyyət? Deyirdi ki, əla! Amerikadakı restoranlarda oxuyurdu, işləyirdi. Çox razılıq edirdi. Qızı da orada ailə həyatı qurdu, övladı dünyaya gəldi. Gözlərimə inana bilmirdim ki, Firəngiz nənə olub. O qədər onu çılğın, cavan, özünəbaxımlı görmüşdük ki, ona heç nənəlik yaraşmırdı. O vaxt AZTV-də “Kinoklub” verilişi var idi. Allah rəhmət etsin rejissoru Etibara. Mənə bir gün dedi ki, Firəngiz gələcək, hava limanında onu qarşılayaq, həm də çəkiliş edək. Maraqlı bir çəkiliş alınmışdı. Qucaqlaşdıq, görüşdük. Sonuncu dəfə “Bəxt üzüyü-2” filminin çəkilişlərində olduq. Çox maraqlı çəkiliş günü oldu. Hiss edirdim ki, Firəngiz də bizim üçün darıxıb. Vətəndir də. Nə qədər xaricdə yaşasan da, günün nə qədər xoş keçsə də vətən vətəndir. Bu gün onun haqqında o olmadan danışmaq çətindir. Elə bilirəm ki, Firəngiz hər zaman var və var olacaq. İnanıram ki, yeri cənnətdir. Onunla bağlı xatirələrim çoxdur. Hər dəfə ondan danışanda qəhər məni boğur”.
Aktrisanın yaxın dostu, Amerikada yaşayan azərbaycanlı aparıcı Səxavət Nur Medianews.az-a açıqlamasında bildirib ki, onunla sonuncu dəfə ad günündə danışıb.
“Çox sağlam, gümrah insan idi. Heç bir estetik əməliyyat da etdirməmişdi. Buna ehtiyac da yox idi. Çünki səhnəyə çıxmırdı, yaxşı da görünürdü. Ölümü qəfil oldu. Ölümündən bir neçə saat əvvəl sosial mediada nəyəsə rəy bildirmişdi. Hamı birdən-birə şoka düşdü. Həyatdır da. Hər kəs bir gün dünyasını dəyişir. Heç kim təminat verməyib ki, biz sabah həyatda olacağıq ya yox?! Firəngiz xanımın ölümü mənə bir az da dərs verdi ki, deməli həyat hər an bitə bilər. Ona görə də həyatının hər gününü son gün kimi yaşamaq lazımdır. Mən bu sözü eşitmişdim, amma Firəngiz xanımın ölümündən sonra bunu dərk etdim. Onun ölüm xəbəri mənim üçün çox sarsıdıcı oldu. Yaxın dostlarım mənim halımı gördülər. Biz sonuncu dəfə ad günündə danışmışdıq. Zatən ad günündən 5-10 gün sonra dünyasını dəyişdi. Mənim Azərbaycanlı dostlarımdan biri mənə yazıb xəbəri dəqiqləşdirmək istədi. Nədənsə Firəngiz xanımın adı gələndə hər kəs məni xatırlayır. Hər kəs Firəngiz xanımı o vaxt da məndən soruşurdu, indi də məndən soruşur. Hətta o vaxt mən zarafatca deyirdim ki, deyəsən Firəngizşünas olmuşam. Dedim ki, inşalah ki, yalan xəbər olar. Çox təəssüf ki, xəbər doğru idi. Qızını axtarmağa başladım. Sonra o özü məni sosial mediadan tapdı. Çox maraqlıdır, insanlar arasında doğma olmasan da bir bağ yaranır. Mütləq dəfndə olmaq istədiyimi bildirdim. Dedi ki, mən sizə özüm dəfn yeri haqqında məlumat verəcəm. Vaşinqtondan Los Ancelesə uçdum. Nəşinin xaricdə dəfn olunması ailəsinin fikri idi. Təbii ki, belə də olmalı idi. Çünki onun bütün doğmaları Amerikada idi. İkinci dəfə ailə həyatı qurmuşdu. Azərbaycandan köçəndə birinci həyat yoldaşı ilə ayrılmışdı. Onun qızı da birinci evlilikdən olan qızıdır. İkinci həyat yoldaşı ilə bir-birlərini necə sevirdilərsə buna mən şahid idim. Həyat yoldaşına baş sağlığı verəndə məni qucaqlayıb dedi ki, “mən ölməli idim, niyə o öldü?!” Çünki o yaşlı, həm də xəstə idi. Firəngiz xanım və ailəsi onun qayğısına qalırdı. O düşünürdü ki, dünyadan köçəcək, amma Firəngiz xanım sağlam vəziyyətdə dünyadan köçdü”, – deyə aparıcı bildirib.

DİGƏR XƏBƏRLƏR

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO, VİDEO

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO,…

Bu gün – sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərindən bir il ötür. Əvvəlcə onu qeyd…
20 Sentyabr iş günü olacaq? – Rəsmi

20 Sentyabr iş günü olacaq? – Rəsmi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Məsələ ilə…
AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi Fəxrəddin Kazımov vəzifəsindən azad edilib.…
“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı, boşanmış qadını yox”

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı,…

Dövrümüzün aktual problemlərindən biri də sayı sürətlə artan boşanmalardır. Azərbaycanda boşanmalarla bağlı statistik rəqəmlər artır. Rəsmi məlumata görə, son 10…
Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənni Ozzi Osbornun qızı Kelli narkoman olduğunu açıqlayıb. Proses.az lent.az-a istinadən bildirir ki, o, uşaqlıqda həkimlərdən arkotik tərkibli dərmanlar…
Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” – VİDEO

Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” –…

“Mən o qədər də aktiv insan deyiləm. 6 il yarım ərzində dünyanı gəzdim, bəlkə yenə quru yolu ilə nələrsə edərəm.…
Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də ölkənin Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub. Proses.az bizim.media-ya…
SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

Moskva Qarnizonu Hərbi Məhkəməsi külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.…
Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Ölkəmizdə son 1 il ərzində hibrid mühərrikli avtomobillərin qiymətində artım müşahidə olunur. Rəqəmlərə əsasən, 1 ədəd hibrid avtomobiln orta ixrac…
Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Aparıcı Zümrüd Bədəlova ARV TV-i ilə yollarını ayırıb. Proses.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü məlumat yayıb.…
Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Bakı Bələdiyyə teatrının aktyoru İlqar Musayevə ağır itki üz verib. Proses.az olay-a istinadən xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib.…
İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin həbsinin detalları məlum  olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlqar Mustafayev iki…
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

19 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə…
Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakı şəhərində fəaliyyət göstərən məşhur “Dubai Cars” avtosalonlarının sahibi həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1975-ci il təvəllüdlü Zaur…
Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan “Nas Daily” adlı dünyaca məşhur kontent yaradıcısının Azərbaycanla bağlı hazırladığı video gündəm olub. Proses.az Globalinfo.az-a…