- 05.08.2024 17:07
Rəsmi Bakı vətəndaşları Fələstinə səfər etməməyə çağırdı
Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlara müraciət edib.
Proses.az xəbər verir ki, müraciətdə deyilir:
“Fələstin Dövlətinin yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə Fələstin Dövlətinə səfər etməmələri tövsiyə olunur.
Hazırda Fələstin Dövlətində yaşayan və səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir”.