- 06.08.2024 16:17
Rozanın “dilənçi” adlandırdığı oğlu danışdı – Anasını ifşa etdi
Xəbər verdiyimiz kimi, müğənni Roza Zərgərlinin övladlığa götürdüyü kiçik oğlu Jerard Qafarov ağır həyat şəraitindən şikayətlənib.
O, işsiz olduğunu, yeməyə pul tapmadığını açıqlayıb:
“4-5 gündür işsizəm. İş tapa bilmirəm. Evdə yeməyim yoxdur. Neçə gündür yemək də yeyə bilmirəm. İmkanı çatan mənə kömək ola bilər, evimə yemək alım. Kimin imkanı çatırsa, yazar, kart ataram, pis vəziyyətdəyəm”.
Müğənni Roza Zərgərli isə məsələ ilə bağlı açıqlama verərək oğulluğunu dilənçi adlandırıb.
Yenisabah.az məsələnin təfərrüatını öyrənə bilib. Məlum olub ki, Jerard heç də analığının dediyi kimi ianələrlə yaşamaq niyətində deyil.
O, halal zəhməti ilə dolanmaq istəyir.
Bununla bağlı saytımıza Jerardın izləyicilərindən biri məlumat verib. O, qeyd edib ki, Jerarda maddi dəstək göstərmək istəsə də, gənc burdan imtina edib.
Jerard “Mənə pul lazım deyil, iş lazımdır. Nə iş olmasının, Sumqayıtda, yaxud Bakıda olmasının fərqi yoxdur”, – deyib.