• 13.08.2024 13:15

“Cütlüklər evlənmədən öncə eyni evdə…” – VİDEO

“Cütlüklər evlənmədən öncə eyni evdə…” – VİDEO

Dizayner Aynur Xəlilovanın yutubda yayımlanan “Hərşeyşünas” adlı podkastının növbəti qonağı fizioloq Rəşid Mahmudov olub.

Milli.Az-ın məlumatına görə, budəfəki söhbətin formatı iki nəslin debatı kimi baş tutub. Sovet dövrünü gördüyünü qeyd edən qonaq, kənddə böyüyərkən necə bir uşaqlıq keçirdiyini dilə gətirib:

“Kənd camaatının bircə amalı var idi: necə edək ki, yaxşı oxuyaq. Başqa çarə yox idi. İnsanların üzərində qorxu var idi. Azad söz demək mümkün deyildi. “Abır-həya” sözünü bəyənmirəm. İnsanıq, sənin öz fikrin var. Biz bir ailədə 6 uşaq olmuşuq. Mənim bir anam var idi, çox hikkəli bir qadın idi. 6 uşağın, 6-na da təhsil verib. Pis işlərlə məşğul olmağa qoymadı. Bizi futbol oynamağa qoymurdu. Biz ata və anamıza çox köməklik etmişik. Atam bizə individual yanaşırdı. Hamının içində bizi sevdiyini deməsə də, təklikdə bunu hiss etdirirdi. Amma bir dənə səhv iş görəndə bizə bir sözü var idi, “A nadürüst”, başqa bir şey deməzdi. Anamın hərfləri tanımadığını 5-6-cı sinifdə bilmişəm. Sən demə, kiril əlifbasından anlayışı yox imiş”.

Mahmudov söhbət əsnasında səhiyyədə olan problemdən, bu gün onu da narahat edən adətlərdən bəhs edib:

“O vaxtlar bizi özbaşına buraxsaydılar, biz dindən başqa heç nəyə getməyəcəkdik. Dinlə getmək, “Allahu veliyyüllezine” deməklə qarın doymur. Din mənim üçün əqidədir, həqiqətdir, düzgünlükdür, ədalətdir, vicdandır, başqasının haqqına girməməkdir. Amma qalan hər bir şey mənə görə xurafatdır. Ehsan verirlər, bir dənə arağı  çatmır masada, toylarımız biabırçıdır, musiqilər çox yüksəkdən səslənir. Belə olmalı deyil, özümüzdən başlayaraq dəyişməliyik. Mən demişəm ki, xalqın, dövlətin sərvəti onun ziyalısıdır. Bir ziyalı yaltaqdırsa, o millətin vay halına. Sovet dövründə yaltaqlıq bundan da betər vəziyyətdə idi. Komunist partiyasının rəhbərləri var idi, onları tərifləməsəydin…. Biabırçılıq idi. Bir kadrın yetişdirilməsi var. Bizdə isə bir murdar tendensiya var. Bu, filankəsin qohumudur, tanışıdır, onu mütləq vəzifəyə gətirirlər. Həmin adamın başı işləmir. Ən böyük əxlaqsızlıqdır. İnanırsınız ki, bizdə həkimlərin çoxu işləmir. Çünki yer yoxdu. Travmatologiyada işləyən adam başdan tutmuş, ayağa qədər sümükləri bilməlidir. Amma xaricdə hər sümüyün həkimi ayrıdır.

Bizim o qədər səhv mentalitetimiz var ki… Yaz gələndə Novruz bayramını qeyd edirik, ruslar da Pasxa bayramını. Onun mollasının geyiminə bax, tər-təmiz, əlində əsası. Bizim molla gələndə isə boynu çirkli. Bizimki Şaxta babaya öz dədəsinin pulunu verir ki, onun uşağına çürük konfet versin. Uşaq da sevinir. Yalandı bu. Keçəl bic olar, kosa isə nə arvaddır, nə də kişi… Gələndə də dilənməyə gəlir, kosanın payını verin. Bunlar hamısı düzəlməlidir. Belə adət olar? İnsanları dilənməyə öyrədirlər. Türklərdən dilənçi olmamalıdır, olmayıbdır. Yolda dayanıb dilənən insan bizdən deyil. Qıza elçi gedirlər, yalandan. Qadınlar əvvəlcədən qızı verib də, məsələni öz aralarında həll ediblər də. Yalandan orada oturub çay içməyə gedirlər. Evlənmədən cütlüklər eyni evdə də yaşamamılıdır. O bizim hamımızın həyatını pis yola aparır”.

DİGƏR XƏBƏRLƏR

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO, VİDEO

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO,…

Bu gün – sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərindən bir il ötür. Əvvəlcə onu qeyd…
20 Sentyabr iş günü olacaq? – Rəsmi

20 Sentyabr iş günü olacaq? – Rəsmi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Məsələ ilə…
AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi Fəxrəddin Kazımov vəzifəsindən azad edilib.…
“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı, boşanmış qadını yox”

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı,…

Dövrümüzün aktual problemlərindən biri də sayı sürətlə artan boşanmalardır. Azərbaycanda boşanmalarla bağlı statistik rəqəmlər artır. Rəsmi məlumata görə, son 10…
Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənni Ozzi Osbornun qızı Kelli narkoman olduğunu açıqlayıb. Proses.az lent.az-a istinadən bildirir ki, o, uşaqlıqda həkimlərdən arkotik tərkibli dərmanlar…
Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” – VİDEO

Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” –…

“Mən o qədər də aktiv insan deyiləm. 6 il yarım ərzində dünyanı gəzdim, bəlkə yenə quru yolu ilə nələrsə edərəm.…
Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də ölkənin Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub. Proses.az bizim.media-ya…
SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

Moskva Qarnizonu Hərbi Məhkəməsi külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.…
Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Ölkəmizdə son 1 il ərzində hibrid mühərrikli avtomobillərin qiymətində artım müşahidə olunur. Rəqəmlərə əsasən, 1 ədəd hibrid avtomobiln orta ixrac…
Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Aparıcı Zümrüd Bədəlova ARV TV-i ilə yollarını ayırıb. Proses.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü məlumat yayıb.…
Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Bakı Bələdiyyə teatrının aktyoru İlqar Musayevə ağır itki üz verib. Proses.az olay-a istinadən xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib.…
İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin həbsinin detalları məlum  olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlqar Mustafayev iki…
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

19 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə…
Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakı şəhərində fəaliyyət göstərən məşhur “Dubai Cars” avtosalonlarının sahibi həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1975-ci il təvəllüdlü Zaur…
Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan “Nas Daily” adlı dünyaca məşhur kontent yaradıcısının Azərbaycanla bağlı hazırladığı video gündəm olub. Proses.az Globalinfo.az-a…