- 16.08.2024 10:19
Bakıda məşhur restoranda DAVA: Toydan çıxan şəxslər… – VİDEO
Bakının Səməd Vurğun küçəsində əlbəyaxa dava baş verib.
Proses.az oxu.az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, “Niaqara” şadlıq sarayının qarşısında toydan çıxan şəxslər arasında mübahisə yaranıb. Nəticədə, onlar bir-birlərini yumruqlamağa başlayıblar.
Hadisənin səbəbi hələlik məlum deyil.
Bakıda, “Niaqara” şadlıq sarayının qarşısındakı davada iştirak edənlərdən biri müəyyən olunub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.
Onun sözlərinə görə, hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır:
“Davada iştirak edən şəxslərdən biri, 1981-ci il təvəllüdlü M.Həsənov müəyyən edilib, izahatı alınıb. Əlavə araşdırmalar davam etdirilir”.
Həmin görüntüləri təqdim edirik: