• 20.08.2024 12:13

Bakıda tələbə qətlə yetirildi – Amansız cinayətlə bağlı GÖRÜNTÜLƏR

Bakıda tələbə qətlə yetirildi – Amansız cinayətlə bağlı GÖRÜNTÜLƏR

2023-cü il iyunun 24-də Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib. 2003-cü il təvəllüdlü Hikmət Kərimov bıçaq yaraları ilə Kliniki Tibbi Mərkəzə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları, məhkəmə-tibbi ekspertinin iştirakı ilə meyitə baxış keçiriblər.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları həmin gecə Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Fateh Məmmədovu saxlayıblar.

Hikmət Kərimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 2-ci kurs tələbəsi olub və bir neçə ay əvvəl telefon alqı-satqısı mağazasında işləməyə başlayıb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Proses.az bildirir ki, Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, iyunun 23-də saat 22 radələrində Fateh Məmmədov İsmayıl Hidayətzadə küçəsində tanışları Samir Hüseynli və Elşən Məmmədovla birlikdə dayanan zaman, digər tanışı Hikmət Kərimovun həmin ərazidən keçdiyini görüb. Bir gün əvvəl aralarında yaranmış sözlü mübahisə zamanı Kərimovun onun ünvanına işlətdiyi söyüşü bəhanə edərək ona dayanmasını bildirib. Üzərində gəzdirdiyi məişət təyinatlı bıçağı çıxarıb, ictimai yerdə Hikmətin bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr endirib. Yaralının qaçdığını görəndə əlində bıçaqla onu təqib edib. 7 nömrəli binanın qarşısında yerə yıxılan şəxsə çatıb. Ona əlavə xəsarət yetirmək istəsə də, arxasınca gələn qonşusu Sarvan Hüseynov fəal müdaxilə edərək, bunu əngəlləyib.

İş üzrə dindirilən Fateh Məmmədov bildirib ki, qonşuluqda yaşayan Hikmət Kərimovla münasibəti yaxşı olub və hər ikisi narkotik vasitələrdən istifadə ediblər:

“Axırıncı dəfə Hikmətlə hadisədən bir gün əvvəl saat 23:00 radələrində məhəllədə görüşdük. Marixuana çəkəndən sonra qalan narkotik vasitəni cibimə qoydum. Hikmət bunu hörmətsizlik kimi qəbul edərək mənə irad bildirdi. Tanışıma səhv fikirdə olduğunu deyəndə aramızda mübahisə yarandı. Narkotik vasitəni qaytarmaq istəyəndə, Hikmət məni söyərək çıxıb getməyimi tələb etdi və boğazımdan tutub itələdi.

Fateh Məmmədov

Yoldan keçən tanımadığım iki nəfər yaxınlaşıb bizi ayırdı. Hikmətin kənar şəxslərin yanında söyüş söyməsindən çox əsəbiləşdim. Narkotik maddəni istifadə etdikdən sonra evimə gedib yatdım. İyunun 23-də Hikmətlə görüşərək söhbətə aydınlıq gətirmək istədim. Evdən çıxanda mətbəx bıçağını götürüb şalvarımın kəmərinə keçirdim. Hikmətin saat 22 radələrində işdən evə gəldiyini bildiyim üçün, təxminən bir saat onun yaşadığı məhəllənin girişində dayandım. Saat 21:30-da tanışlarım Elşən, Əlimuxtar, Kənan və Samir yanıma yaxınlaşanda, onlara “çıxıb getmələrini, işim olduğunu” dedim. Bir azdan Hikmətin gəldiyini görəndə bıçağı çıxarıb onun üzərinə getdim və ona zərbələr vurdum. Samir və Elşən araya girib bizi ayırmağa çalışdılar. Hikmət əlimdən qaçsa da, qısa məsafədən sonra yerə yıxıldı”.

Hikmət Kərimov

Zərərçəkmiş şəxsin hüquqi varisi İlham Kərimov ifadəsində göstərib ki, saat 22:00 radələrində arvadı ona zəng edərək, Hikmətin bıçaqlandığını xəbər verib:

“Məhəlləyə çatanda, artıq küçədə polis əməkdaşlarını və insanların toplaşdığını gördüm. Oğlum Hikmət idmançı idi və heç vaxt narkotik vasitələr qəbul etməyib. Mümkün deyil ki, o, Fateh Məmmədova narkotik maddə versin və aralarında bununla bağlı dava baş versin. Mənə verilən məlumata görə, oğlumu məhəlləyə qonşuluqda yaşayan Samir çağırıb. Bundan sonra Fateh Hikmətə bıçaqla xəsarətlər yetirib”.

Şahid Sarvan Hüseynov bildirib ki, iyunun 23-də yaşadığı evin qarşısında velosiped düzəldərkən küçədən qışqırıq səsləri eşidib:

“Qabaqda Hikmətin, arxasınca Fatehin və Elşənin qaçdığını gördüm. Dava baş verdiyini düşünüb velosipedlə onların arxasınca getdim. Mağazanın yanında Hikmətin yerə yıxıldığını, Fatehin isə əlində bıçaqla onun üzərinə getdiyini görüb onun qarşısına keçdim. Fateh əvvəlcə məni tanımadığı üçün “yaxın gəlməməyimi və vuracağını” deyib qışqıranda sağ əlindən tutaraq, Sarvan olduğumu bildirdim. Bu zaman Fateh məni tanıdı. Hikmətin qarnından qan gəldiyini gördüm. Köynəyimi çıxarıb Hikmətin yarasını sıxdım. Elşən və Rüfətlə birlikdə yaralını avtomobilə yerləşdirdik. “Montin” qəsəbəsində yerləşən özəl klinikalar Hikməti qəbul etmədi. Kliniki Tibbi Mərkəzdə onu xərəyə qoyaraq əməliyyata apardıq, amma bir müddət sonra onun öldüyü barədə məlumat verildi”.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsi bağışlamadığını və ona qanuna uyğun cəza təyin edilməsini xahiş edib. Son sözündə Fateh Məmmədov əməlindən peşman olduğunu bildirib.

Məhkəmə nəticəyə gəlib ki, ibtidai istintaq orqanı tərəfindən Fateh Məmmədovun əməli Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə düzgün tövsif edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fateh Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…