• 20.08.2024 16:50

“Aktyor məni səhnədə həqiqətən dodağımdan öpdü, ərim də zalda idi” – Əməkdar artistlə müsahibə

“Aktyor məni səhnədə həqiqətən dodağımdan öpdü, ərim də zalda idi” – Əməkdar artistlə müsahibə

Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı, Akademik Opera və Balet teatrının solisti, Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin solo oxu kafedrasının dosenti İnarə Babayeva lent.az-a müsahibə verib.

Musavat.com müsahibəni təqdim edir:

– İnarə xanım, öncə istərdim sizi  oxucularımıza yaxından tanıdaq.

– Bakıda, İçərişəhərdə doğulub böyümüşəm. Ailəmizdə incəsənət adamı olmayıb. Biləndə ki, ailəmiz lap qədimdən bəy nəsli olub, İçərişəhərdəki 3 mərtəbəli mülk də ondan qalıb, özümü qala divarları arasında şahzadə kimi hiss eləməyə başladım. Uşaqlıqdan xəyalən özümü səhnələrdə görməyə başlamışdım. Yadıma gəlir güzgü qabağında durub özümü təqdim edirdim? Oxuyur qızıl paltarda Xalq artisti İnarə Babayeva.

–  Məhz opera sənətini xəyal edirdiniz?

– Yox. Əslində ali məktəbə riyaziyyat üzrə hazırlaşırdım. Uşaqlıdan musiqi məktəbinə getmişəm, əlavə olaraq uşaq xoruna gedirdim. Xorumuzla görüşə tez-tez böyük sənətkarlar gəlirdi. Tofiq Quliyevə Tofiq əmi deyirdim. Müslim Maqomayev, Xuraman  Qasımova, Fərhad Bədəlbəylini uşaq xorunda oxuyanda tanımışam. O xorda mənimlə birgə Xalq artisti Xuraman Hacıyeva, Fəridə Məmmədova da oxuyurdu. O vaxt  Fərhad müəllim təklif elədi ki, musiqi müsabiqəsində iştirak edim. Müsabiqənin laueratı olub, ordan da  musiqi akademiyasına gözəl nəticə ilə daxil oldum. Anam da məni bu sənətə inandırdı. Yeganə ifaçıyam ki, buraxılış imtahanımı Opera və Balet teatrının səhnəsində premyera tamaşası ilə vermişəm. Səhnəni Gürcüstanın Xalq artistləri, beynəlxalq müsabiqələrin qalibləri ilə bölüşdüm.

– Operanın əsas dili italyan dilidir. Yaxşı bilirsiniz bu dili?  

– Danışa bilirəm. Operada belə bir tələb var. Oxuduğumuzu anlamalıyıq. Ümumiyyətlə, deyim ki, italyanlar, fransızlar öz operalarına böyük həssaslıqla yanaşırlar, tələb edirlər ki, onların dili düzgün təqdim edilsin. Bizimkilər səsə və görkəmə diqqət edirlər, onlar öz dillərinə. Biz açığıq, hamını sevirik, onlar yox. Onlar bizim onların əsərlərini ifa etməyimizi bir etimad kimi dəyərləndirirlər. Fransada Tuluzda bir əsər oxudum, laureat oldum amma fransızlar dərhal dil haqqında iradlarını da bildirdilər. Yüksək peşəkarlıq  istəyirlər. Xalq artisti, Opera və Balet Teatrının rəhbəri Yusif Eyvazov buna görə xaricdə çox bəyənilir.

– Biz xarici opera müğənniləri barədə yaxşı məlumatlıyıq. Bəs xarici izləyicilər bizim ulduzlarımızı tanıyırlar?

– Gedənlər özlərini doğruldublar. Amma bizimkilər xaricə gedib oxumağa çox can atmırlar. Çünki vətənimizə çox bağlıyıq. Getmək, dünyaya açılmaq istəmirik. Elə mən də ailəmi, valideynlərimi qoyub getmədim. Kim gedibsə uğur qazanıb. Bir zamanlar Müslim Maqomayev, daha sonralar Elçin Əzizov, Yusif Eyvazov, Elnarə Məmmədova və başqaları. Bilirəm ki, 30 rolum, tələbələrim, ölkədə yaradıcılıq üçün hər şəraitim var. Gedib gəzib qayıdıram.

– Ailənizdə sizdən başqa musiqiçi var?

– Həyat yoldaşım musiqiçidir. Qızımın 20 yaşı var, yaxşı bəstəkar aranjemançıdır, amma kompüter mühəndisi olmağa qərar verib. 6 dil bilir. Oğlum 5 dil bilir, hələ 10 yaşı var. Yaxşı piano çalır.

– Opera musiqiçi əsas nəyə diqqət etməlidir?

– Saatlarla, günlərlə özünü məşqlərə həsr etməlisən. İtalyan, ingilis dilini yaxşı bilməlisən. Opera möhkəm diafraqma güclü əzələ tələb edir. Aktyor ümumiyyətlə hərtərəfli olmalıdır. Mən vokalla məşğul olmazdan öncə xəstə uşaq idim. Düzgün nəfəs təlimləri ilə sağaldım. Bu önəmlidir. İnsanların çoxu nəfəslə məşqlərə diqqət etmirlər.

–  Çoxlu tələbələriniz var. Onların toyda oxumasına icazə verirsiniz?

– Bəli. Mən özüm səhnə həyatıma klubda oxumaqla başlamışam. Məni bu işə xalq artisti Tofiq Aslanov cəlb etmişdi. 1994-cü ildə kvartetlə başladıq. Əvvəl elə bildim sovet dönəmindəki klublar nəzərdə tutulur. Anamla gedib gördük ki, bu restoran kimi elit bir yerdir. Şahin Növrəsli, Salman Qənbərovla və başqa görkəmli sənətkarlarla birgə klubda işləmişəm.

– 30 ildir səhnədəsiniz. Xalq artisti adı üçün gec qaldığınızı düşünmüsünüz?

– Əlbəttə istərdim. Uşaqlıqdan özümü xalq artisti kimi təqdim edirdimsə, bu hədəfə doğru gedirəm demək (gülür). Xidmətlərim də az deyil. Azərbaycanda “Leyli və Məcnun”u  aşıqlarla ilk dəfə mən səhnələşdirmişəm, uşaq müziklini mən qurmuşam, həm quruluşçu rejissor, həm ifaçı kimi fəaliyyətim olub. AzTV-də həm solist, həm rejissor kimi fəaliyyət göstərirəm. Opera sənətimiz barədə kitablarım var, dayanmadan yaradıcılıqla məşğulam… Düşünürəm ki, hər əmək mütləq öz bəhrəsini verir.

–  Özəl teatr yaratmaq arzunuz var?

–  Belə fikrim var.

– 30 illik sənət həyatınız var dediniz. Yəqin ki, maraqlı xatirələr də az deyil.

– Xatirələr çoxdur. 2006-cı ildə “Zooluşka” tamaşasında rolu son anda mənə həvalə etdilər. Kostyum tikilməmişdi.  Zooluşkanın bal üçün hazırlanıb bahalı geyimdə səhnədə görünməsi lazım idi, amma paltar tapılmamışdı. Dedim öz gəlinliyimlə səhnəyə çıxacam. Gəlinlik donumu, gəlinlik ayaqqabımı geyinib çıxdım. Ayaqqabım çox bahalı bir brendin məhsulu idi. Svarovski daşlarla bəzənmiş, par-par yanırdı. Tamaşa gedir, Zooluşkanın saraya bala getdiyi səhnə oynanılır, mən bəzənib-düzənirəm. O ayaqqabıları elə tutmuşdum ki, işıqların altında çox parlasın. Səhnə bitdi, paltarımı dəyişəcəkdim. O vaxtkı direktor müavini gəldi ki, ayaqqabıları ver. Dedi ki, zalda böyük bir məmurun balaca qızı oturub, sənin ayaqqabını tələb edir. Ayaqqabımı götürüb apardılar. Bir gün sonra qaytardılar.

1999-cu ildə Azərbaycan Akademik Musiqili teatrın rus bölməsində fəaliyyətə başladım. Rus bölməsində ilk azərbaycanlı aktrisa mən idim. Xalq artisti Afaq Bəşirqızı məndən soruşdu ki, sən niyə rus bölməsində işləyirsən? Dedim rus dilində oxumuşam, aksentim var. Qayıtdı ki, heç utanmırsan? “Sən azərbaycanlısan, öz dilində danışa bilmirsən? Ayıbdı”.

Onun bu sözü məni necə silkələdi. O bilirsiz də, sözü nə şəkildə deyir. Zabitəsi var. Mən başladım Azərbaycan dilini mükəmməl öyrənməyə. Sonradan uşaqlarımı da orta məktəbə Azərbaycan dili sektoruna yerləşdirdim.

Bir dəfə də “Riqoletta”nı oynayırdım. Tərəf müqabilim Əli Əsgərov idi. Səhnədə məni bıçaqla vurub öldürməli idi. Sürüşdü, yıxıldı düz mənim üstümə. Başım yerə necə çırpıldısa, huşumu itirdim. Ssenariyə əsasən, o məni öldürməli və meyitimi kisəyə qoymalıydı. Mən özümdən getmişəm o elə bilib tərpənmirəmsə, meyit rolunu oynayıram. Amma ölmürəm. Durub oxumalıyam. Bir də eşitdim ki, tanış bir musiqi səslənir, ayılıb başladım oxumağa. Böyük təsadüflə öz partiyam səslənərkən ayıldım.

Bir dəfə də xaricdə “Bohema” da oynayırdım. Rola görə aktyor məni öpməli idi. Bakıda biz öpüşü imitasiya edirdik. Xarici aktyorla tərəf müqabili idim, heç gözləmədən məni həqiqətən dodağımdan öpdü. Çaşdım və uzun müddət özümə gələ bilmədim. Tamaşaçı zalında həyat yoldaşım da oturmuşdu və mənim çaşqınlığım üzümə yazılmışdı.

– Əriniz nəsə dedi?

– Yox, bəlkə həmin anı tamaşaçılar da imitasiya kimi görmüşdülər.

– Yaradıcılığınızda hansı yeniliklər olacaq?

–  İki kitab yazıram. Oktyabrın 4 də Sona xanım Aslanovanın 100 yaşı münasibətilə kitabım çıxacaq. Fransadan, Tuluza Dövlət Operasından təklif almışam. Payızda bu əsərdə oynamaq üçün gedəcəm. 2 ay hazırlıqdan sonra “Riqoletta” tamaşasında oynayacam.

–  Operada iş, rejissorluq, televiziya, kitab yazmaq, tələbə hazırlığı, universitetdə müəllimlik… Bu qədər işi necə çatdırırsınız?

– Gendən gəlmə çeviklikdir. Nənəmin 102 yaşı var, ölkəmizin ilk idmançı xanımlarından idi. 71 yaşında hündürdaban ayaqqabıda 3 saatlıq imtahanda məni qapı ağzında gözləyib. Həyat eşqi çoxdur. Həyat enerjim çoxdur, istəyirəm özümdən sonra xeyirxah əməlim, adım, faydalı işim qalsın. Bilim ki, ömür boşa getməyib.

Qeyd: İnarə Babayeva 1977-ci ildə Bakı şəhərində anadan olub. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma fakültəsində ali təhsil alıb, magistraturanı başa vurduqdan sonra 2005-ci ildə isə akademiyanın aspiranturasını fərqlənmə ilə bitirib. Opera və kamera ifaçısı, vokal müəllimi ixtisasına yiyələnib. Xaricdə və ölkəmizdə 30-dan çox operada əsas partiyaları ifa edib.

DİGƏR XƏBƏRLƏR

Milli Məclisdən YENİ QADAĞA – BUNDAN SONRA…

Milli Məclisdən YENİ QADAĞA – BUNDAN SONRA…

Azərbaycanda mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı genişləndirilir. Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Mülki…
SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…