- 21.08.2024 08:03
Bakıda vəzifəli şəxs intihar etdi
Bakıda intihar hadisəsi baş verib.
Paytaxtın Nəsimi rayonu ərazisində 1979-cu il təvəllüdlü Sədi Zöhrablı icarəyə götürdüyü obyektdə canına qəsd edib.
Məlumata görə, S.Zöhrablı “Atasığorta” şirkətində departament direktorudur.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.//Qafqazinfo