• 26.08.2024 17:20

“Ramiz Tahirovla arası yox idi deyə mənfi rəy vermişdi…”

“Ramiz Tahirovla arası yox idi deyə mənfi rəy vermişdi…”

Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmə araşdırmaları davam edir.

“Qafqazinfo”nun məlumatına görə, bir neçə icraata ayrılan cinayət işlərindən birində general-mayor Nizami Məmmədov və qoşunların sabiq maliyyə-xidmət rəisləri mühakimə edilir.

Bakı Hərbi Məhkəməsində artıq 1 ildir məhkəmə istintaqı gedir. Prosesə sədrlik edən hakim Fikrət Əliyev budəfəki iclasda 128 cildlik iş materiallarının elanını başa çatdırıb. Bütün sənədlər tədqiq edilib.

Sonuncu cildlərdə bir sıra məqam xüsusi diqqət çəkir. Məsələn, sübutların qiymətləndirilməsi ilə bağlı qərardan görünür ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Təftiş şöbəsinin rəisi polkovnik Rafail Xələfov (barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib-red) və qeyriləri ilə bağlı istintaq davam edir. Hakim bəyan edib ki, Xələfov və digərləri barəsində icraat ayrılıb. Lakin hələ ki, əməllərinə hüquqi qiymət verilməsi mümkün olmayıb. Hazırda istintaq orqanında araşdırma gedir.

Başqa bir epizod isə təqsirləndirilən şəxslərə məxsus daşınmaz əmlaklarla bağlıdır.

Dövlətə dəymiş ziyana görə müttəhimlərin hər birinin özlərinin və yaxın qohumlarının adlarına rəsmiləşdirilmiş əmlaklar üzərinə həbs qoyulub. Buraya paytaxtda və rayonlarda yerləşən evlər və torpaq sahələri daxildir.

Təqsirləndirilən Cəlal Kazımov və vəkilinin əmlaklarla bağlı açıqlamalarından belə çıxıb ki, həmin əmlakların əksəriyyəti həbsə alınmazdan əvvəl başqa-başqa adamlara satılıb.

Bu məsələnin tam aydın olması üçün məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Resysteri Xidmətinə sorğu verilməsi təklif edilib. Məhkəmə hələ ki, bu məsələyə münasibət bildirməyib.

Prosesin davamında Cəlal Kazımova xidmət etdiyi Hərbi Hava Qüvvələrindən verilən mənfi xasiyyətnamə məsələsinə qayıdılıb. Həmin xasiyyətnamə HHQ-nin sabiq komandanı, general-leytenant Ramiz Tahirov tərəfindən verilib.

Kazımovun vəkili vəsatət qaldıraraq həmin xasiyyətnamənin əsassız və qanunsuz olduğunu bildirib. Vəkilin dediyinə görə, müvəkkili ilə Ramiz Tahirovun münasibəti yaxşı olmayıb. Hətta sözlü mübahisə ediblər. Bu səbəbdən də komandan Cəlal Kazımovun qüsurlu xidmət etdiyini yazıb. 

Müdafiə tərəfi bu məsələni aydınlaşdırmaq üçün general Tahirov komandan vəzifəsindən azad edildikdən sonra yeni komandan vəzifəsini icra edən general-leytenant Namiq İslamzadəyə müraciət edib. Yeni komandan isə sələfindən fərqli olaraq C.Kazımovun xidmətini müsbət qiymətləndirib.

Fotoda Namiq İslamzadə

Dövlət ittihamçısı bir-birinə zidd olan xasiyyətnamələrlə bağlı məhkəmə tərəfindən Hərbi Hava Qüvvələrinə sorğu verilməsini istəyib. Vəsatət hələ ki, təmin edilməyib.

Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə isə hazırlıq iclasından bəri qaldırdığı vəsatəti yenidən gündəmə gətirib. Vəkil müvəkkilindən əvvəlki idarə rəisi Namiq Poladovun məhkəmədə dindirilməsinin zəruri olduğunu deyib: “Nizami Məmmədova aid edilən mənimsəmə ittihamının 4 milyonluq hissəsi Namiq Poladovun dövrünə aiddir. Amma bu gün o, kənarda qalıb. Mən onun hakim qarşısında dindirilməsi üçün yenidən vəsatət qaldıracağam, o, məhkəməyə gətirilməlidir”, – vəkil əlavə edib. 

Vəkil Mirmehdizadə daha sonra Nizami Məmmədovun dövlət təltifləri məsələsinə toxunub. Qeyd edib ki, N.Məmmədov xidmətinə görə ümumilikdə12 medalla təltif edilib. Amma həmin təltiflər haqda istintaq materiallarında heç bir sənəd yoxdur. Müdafiəçi təltiflərlə bağlı sənədləri məhkəməyə təqdim edib.

Fotoda Nizami Məmmədov

Proses gələn həftə digər vəsatətlərin müzakirəsi ilə davam edəcək.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Müdafiə Nazirliyindəki qanun pozuntuları ilə bağlı əməliyyat keçirib.

Əməliyyatla nazirliyin Maliyyə və Büdcə İdarəsinin rəisi Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi işləmiş Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin keçmiş rəisi Vüsal Əlizadə həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

DİGƏR XƏBƏRLƏR

Bu bağçada azyaşlıya kobud davrananlar işdən çıxarıldı

Bu bağçada azyaşlıya kobud davrananlar işdən çıxarıldı

Paytaxtda fəaliyyət göstərən bağçalardan birində azyaşlı döyülüb. Proses.az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə Bakının Yasamal rayonundakı 290 saylı bağçada…
Pərviz Bülbülənin oğlunun toyuna ən çox bu məşhur pul yazdırıb – FOTO

Pərviz Bülbülənin oğlunun toyuna ən çox bu məşhur pul…

Sentyabrın 11-də meyxanaçı Pərviz Bülbülənin oğlu İsmayıl üçün etdiyi 1000 nəfərlik toyun səsi-sədası hələ də səngimək bilmir. Proses.az bildirir ki, titul.az-ın əldə…
İlham Əliyevin Xankəndidə tələbələrlə görüşündən – FOTOLAR

İlham Əliyevin Xankəndidə tələbələrlə görüşündən – FOTOLAR

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Dövlət başçısı…
Prezident Qarabağ Universitetində çıxış etdi – VİDEO

Prezident Qarabağ Universitetində çıxış etdi – VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Dövlət başçısı…
Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO, VİDEO

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO,…

Bu gün – sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərindən bir il ötür. Əvvəlcə onu qeyd…
20 Sentyabr iş günü olacaq? – Rəsmi

20 Sentyabr iş günü olacaq? – Rəsmi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Məsələ ilə…
AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi Fəxrəddin Kazımov vəzifəsindən azad edilib.…
“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı, boşanmış qadını yox”

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı,…

Dövrümüzün aktual problemlərindən biri də sayı sürətlə artan boşanmalardır. Azərbaycanda boşanmalarla bağlı statistik rəqəmlər artır. Rəsmi məlumata görə, son 10…
Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənni Ozzi Osbornun qızı Kelli narkoman olduğunu açıqlayıb. Proses.az lent.az-a istinadən bildirir ki, o, uşaqlıqda həkimlərdən arkotik tərkibli dərmanlar…
Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” – VİDEO

Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” –…

“Mən o qədər də aktiv insan deyiləm. 6 il yarım ərzində dünyanı gəzdim, bəlkə yenə quru yolu ilə nələrsə edərəm.…
Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də ölkənin Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub. Proses.az bizim.media-ya…
SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

Moskva Qarnizonu Hərbi Məhkəməsi külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.…
Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Ölkəmizdə son 1 il ərzində hibrid mühərrikli avtomobillərin qiymətində artım müşahidə olunur. Rəqəmlərə əsasən, 1 ədəd hibrid avtomobiln orta ixrac…
Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Aparıcı Zümrüd Bədəlova ARV TV-i ilə yollarını ayırıb. Proses.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü məlumat yayıb.…
Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Bakı Bələdiyyə teatrının aktyoru İlqar Musayevə ağır itki üz verib. Proses.az olay-a istinadən xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib.…