- 31.08.2024 12:43
Bakıda bahalı avtomobillərin yarış şousu – Araşdırma başladı – VİDEO
Bakıda sürücülərin bahalı avtomobillərini yarışdırmasına dair görüntülər polis tərəfindən araşdırılır.
Proses.az bildirir ki, bu açıqlamanı Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis kapitanı Toğrul Nəsirli verib:
“Sosial şəbəkədə yayılmış videogörüntü ilə əlaqədar hazırda Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsində araşdırma aparılır”.