- 05.09.2024 15:52
AzTV-nin yeni aparıcıları bəlli oldu
AzTV-nin “Telesəhər” verilişinin yeni aparıcıları bəlli olub.
Proses.az olay-a istinadən bildirir ki, layihəni aparıcılar İskəndər İbrahim, Şaiq Ağayev, Təranə Quliyeva və Könül Cəfərzadə olub.
Proqram 9 sentyabrdan hər səhər efirdə olacaq.
Qeyd edək ki, İskəndər Xəzər TV-dən, Təranə GünAz TV-dən sözügedən kanala keçid edib. Ş. Ağayev isə əvvəldən “Telesəhər”in aparıcısı olub.