- 10.09.2024 12:50
“Azərsun Holdinq”in zavoduna yeni direktor təyin edildi
“Azərsun Holdinq” MMC-nin konserv zavodu “Qafqaz Konserv Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinə yeni direktor təyin edilib.
Proses.az banker.az-a istinadla xəbər verir ki, 11 ildir direktor olan Rüstəm Rüstəmov Qərib oğlu vəzifəsindən ayrlıb.
Onu bu vəzifədə Famil Qeybullayev Ənbala oğlu əvəz edib.
Xatırladaq ki, “Qafqaz Konserv Zavodu” MMC 2002-ci ildə təsis edilib və 47.92 mln. manat nizamnamə kapitalına sahibdir. Zavod Xaçmaz rayonunda fəaliyyət göstərir. Müəssisənin ümumi sahəsi 40 hektara yaxındır və illik 20-25 (faktiki 13-15) min ton meyvə-tərəvəz konservi və 9 (faktiki 6) min ton ət konservi məhsullarının istehsalı gücünə malik olmaqla, Azərbaycan Respublikasının Şimal Regionunda Kənd Təsərrüfatı məhsullarının əsas alıcısı kimi fəaliyyət göstərir. Müəssisədə 350 nəfərdən artıq işçi çalışır.
Banker.az-ın araşdırmasına görə, indiyə qədər şirkətə bu şəxslər rəhbərlik ediblər:
Zeynalzadə Əmir Baxşəli oğlu
Brecoğlu Mehmet Ali Hasan Namik
Rüstəmov Rüstəm Qərib oğlu