• 10.09.2024 12:58

Çörək bu tarixdən bahalaşacaq – AÇIQLAMA

Çörək bu tarixdən bahalaşacaq – AÇIQLAMA

Azərbaycanda çörəyin qiyməti arta bilər.

Buna səbəb ölkədə yanacağın qiymətinin artması, eləcə də Qazaxıstan və Rusiyadan idxal etdiyimiz buğda ilə bağlıdır.

Belə ki, Azərbaycan daxilində daşımalar, əkin-biçin, kənd təsərrüfatında, aqrar sahələrdə dizel yanacağından istifadə olunur. Azərbaycanda da iki aydır ki, dizel yanacağının qiyməti 25% artıb. Habelə Azərbaycanın əsas buğda aldığı ölkələrdə – Qazaxıstan və Rusiyada daşqınların olması, məhsuldarlığa ciddi təsir göstərib. Bu o deməkdir ki, dünya bazarında da taxılın qiymətinin artması gözlənilir.

Bəs çörəyin qiyməti hansı tarixdən bahalaşacaq?

Mövzu ilə bağlı “Operativ Məlumat Mərkəzi-OMM”-ə açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, Azərbaycanda un məmulatların qiyməti daha çox xarici bazarlardan asılıdır. Çünki bizim daxili tələbatımızı ödəmək üçün yerli istehsal cəmi 25%-ə kifayət edir. 75% əmtəəlik un məmulatlarında istifadə olunan buğdanı biz xaricdən alırıq.

“Keçən il yaz əkini zamanı Azərbaycanın əsas buğda aldığı ölkələrdə Qazaxıstan və Rusiyada daşqınların olması, məhsuldarlığa ciddi təsir göstərib. Sadəcə indi hamı payızlıq buğdanın miqdarına görə qiymət siyasətini müəyyənləşdirəcəyini düşünür.

Bir neçə aydan sonra payızlıq buğda bazara çıxacaq. Əgər buğdanın həcmi çox olacaqsa, bu qiymətlərin tənzimlənməsinə çox bahalaşmamasına səbəb ola bilər. Bu xarici amildir, daxili amil isə daha çox dizel yanacağı ilə bağlıdır.

Azərbaycanda da iki aydır ki, dizel yanacağının qiyməti 25% artıb. Birdən-birə 25% qiymət artımı təbii ki, daxili bazarda qiymət formalaşmasına təsir göstərir. Buğdanın əkilməsi, biçilməsi, yığılması fermerlərə təsir göstərir, daşınma xərcləri artır”, – deyə ekspert qeyd edib.

İqtisadçı-ekspert payız aylarında yeni ilə yaxınlaşdıqca çörəyin qiymətinin artmasını gözlədiyini vurğulayıb.

“Sadəcə Azərbaycanda bir özəllik də var ki, çörəyin qiyməti ən son artırılır. Azərbaycanda çörəyin qiymətinin artmasının başqa yolları da var. Bizdə çörəyin çəkisi azaldılır. Bu da əslində qiymət artımıdır. Yəni, çörəyin çəkisi azalır, amma satış qiyməti dəyişmir”.

Digər həmsöhbətimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri, professor Elşad Məmmədov məsələ ilə bağlı bildirib ki, çörəyin qiymətindəki sabitliyi qorumaq üçün ilk növbədə yerli istehsalı stimullaşdırmaq lazımdır. Çünki qeyri-müəyyən dünya iqtisadiyyatındakı şəraitlər, xüsusilə qiymətlərin dünya bazarında dəyişməsi idxaldan asılılıq şəraitində daxili bazara ciddi təzyiqlər göstərir.

“Digər tərəfdən biz Rusiya və Qazaxıstanla kifayət qədər konsktruktiv münasibətlər qurmuşuq və idxal baxımından bir qədər mövcud ola biləcək problemlərin qarşısını almışıq. Buna baxmayaraq, yerli istehsalın stimullaşdırılması dayanıqlı şəkildə qiymətlərin sabitliyinə müsbət təsirlər göstərə bilər”.

İqtisadçı-ekspert qeyd edib ki, dövlət müvafiq fiskal mexanizmlərdən istifadə edərək qiymətlərin sabitliyinə doğru müvafiq addımlar ata bilər.

“Digər tərəfdən, bir sıra hallarda sahibkarlar birbaşa qiymət artımına deyil, çörəyin çəkisinin onun keyfiyyət strukturunun dəyişdirilməsi vasitəsilə faktiki olaraq reallıqda qiymət artımına gedir ki, bunun da istehlakçılar bir çox hallarda görmür, amma reallıqda bu da qiymət artımıdır”.

Bütün bunlara əsaslanaraq ekspert qeyd edib ki, əgər dünya bazarında hansısa cüzi olmayan, xeyli böyük göstəricilərlə ifadə olunan qiymət dəyişiklikləri olarsa, onda Azərbaycanda da qiymətlərdəki dəyişkənlik qaçılmaz olacaq.

Ekspert düşünür ki, müvafiq mexanizmlər vasitəsilə dünya bazarında qiymətlər dəyişsə belə, ölkə rəhbərliyinin bu məsələyə həssas yanaşması nəticəsində maksimum çalışılacaq ki, qiymətlərin sabitliyi qorunsun.

DİGƏR XƏBƏRLƏR

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO, VİDEO

Tarixi problemin həlli-Antiterror tədbirlərindən bir il ötür – FOTO,…

Bu gün – sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərindən bir il ötür. Əvvəlcə onu qeyd…
20 Sentyabr iş günü olacaq? – Rəsmi

20 Sentyabr iş günü olacaq? – Rəsmi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Məsələ ilə…
AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

AHİK sədri daha bir baş həkimi İŞDƏN ÇIXARDI

Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi Fəxrəddin Kazımov vəzifəsindən azad edilib.…
“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı, boşanmış qadını yox”

“Analar oğlunun barda tanış olduğu qızı gəlin etməyə razıdı,…

Dövrümüzün aktual problemlərindən biri də sayı sürətlə artan boşanmalardır. Azərbaycanda boşanmalarla bağlı statistik rəqəmlər artır. Rəsmi məlumata görə, son 10…
Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənninin qızı narkoman olduğunu etiraf etdi

Məşhur müğənni Ozzi Osbornun qızı Kelli narkoman olduğunu açıqlayıb. Proses.az lent.az-a istinadən bildirir ki, o, uşaqlıqda həkimlərdən arkotik tərkibli dərmanlar…
Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” – VİDEO

Xəzəri üzərək Azərbaycana gələn səyyah: “Dəhşətli fırtınalar olurdu” –…

“Mən o qədər də aktiv insan deyiləm. 6 il yarım ərzində dünyanı gəzdim, bəlkə yenə quru yolu ilə nələrsə edərəm.…
Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

Pezeşkian kürəkəninə yüksək vəzifə verdi – FOTO

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də ölkənin Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub. Proses.az bizim.media-ya…
SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

SON DƏQİQƏ! Elman Paşayev HƏBS OLUNDU

Moskva Qarnizonu Hərbi Məhkəməsi külli miqdarda dələduzluqda şübhəli bilinən keçmiş vəkil Elman Paşayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.…
Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Bu maşınlar kəskin BAHALAŞDI – Satmaq üçün əla fürsətdir

Ölkəmizdə son 1 il ərzində hibrid mühərrikli avtomobillərin qiymətində artım müşahidə olunur. Rəqəmlərə əsasən, 1 ədəd hibrid avtomobiln orta ixrac…
Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Zümrüd ARB-dən getdi, bu kanalda çalışacaq

Aparıcı Zümrüd Bədəlova ARV TV-i ilə yollarını ayırıb. Proses.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda o, özü məlumat yayıb.…
Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Azərbaycanlı aktyora AĞIR İTKİ – FOTO

Bakı Bələdiyyə teatrının aktyoru İlqar Musayevə ağır itki üz verib. Proses.az olay-a istinadən xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib.…
İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin həbsinin detalları məlum  olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlqar Mustafayev iki…
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq

19 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə…
Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakıda məşhur avtosalonun sahibi həbs edildi

Bakı şəhərində fəaliyyət göstərən məşhur “Dubai Cars” avtosalonlarının sahibi həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1975-ci il təvəllüdlü Zaur…
Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır: İnanılmazdır! – VİDEO

Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan “Nas Daily” adlı dünyaca məşhur kontent yaradıcısının Azərbaycanla bağlı hazırladığı video gündəm olub. Proses.az Globalinfo.az-a…