- 10.09.2024 12:58
Uzun müddət sonra yenidən görüntüləndi – Fotolar
Demensiya xəstəliyindən əziyyət çəkən tanınmış amerikalı aktyor Brüs Uillis uzun müddət sonra yenidən görüntülənib.
“Qafqazinfo” xəbər verir ki, 69 yaşlı ulduz aktyorun görüntülərini “Daily Mail” yayıb.
Bildirilir ki, o, Hollivud yaxınlığında avtomobildə səyahət edərkən kameraların obyektivinə tuş gəlib.
Şahidlərin sözlərinə görə, B.Uillisi cangüdənləri müşayiət edib.
Xatırladaq ki, 2022-ci ilin yazında Brüs Uillisin ailəsi onun aktyorluq karyerasını başa vurduğunu açıqlayıb. Buna səbəb onun nitq pozğunluğuna səbəb olan nevroloji xəstəlikdən, eləcə də demensiyadan əziyyət çəkməsi olub.