- 27.09.2024 10:42
Səttar Möhbalıyevin həyat yoldaşı vəzifəsindən azad edildi
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) keçmiş sədri, VII çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyevin həyat yoldaşı Böyükxanım Mirzə qızı Möhbalıyeva AHİK-in Beynəlxalq əlaqələr departamentindəki vəzifəsindən azad edilib.
Proses.az pravda.az-a istinadən bildirir ki, bu barədə müvafiq əmr imzalanıb.
Bildirilib ki, B.Möhbalıyevanın istifadə etdiyi və qurumun balansında olan bahalı avtomobil də ondan alınıb.
Xatırlatma: Bu ilin avqustunda Səttar Möhbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri vəzifəsindən istefa verib. Həmin vəzifəyə iqtisadiyyat nazirinin keçmiş müavini Sahib Məmmədov seçilib. S.Möhbalıyev istefa verdikdən sonra AHİK-in 11 avtomobili onun qohumlarından geri alınıb.