• 03.10.2024 15:38

“Atam dedi ki, ananızdan ayırsanız məni qəbirdə narahat edərsiz” – FOTO

“Atam dedi ki, ananızdan ayırsanız məni qəbirdə narahat edərsiz” – FOTO

“Atamın doğulduğu Füzulinin Qoçəhmədli kəndinə hələ getməmişəm. Qohum-əqrabadan gedənlər olub. Atamın orada bir yerdə evi olmayıb. Bir neçə yerdə evi olub. Əmim uşaqları danışır ki, dədənin məscidin yanında da evi olub. 5 yerdə evi olub. Sonradan həmin yerlər sürüşmə zonası olduğu üçün yaşamaq üçün yararlı olmayıb. Atam gəlib görüb ki, ev dağılıb, qəzalı vəziyyətə düşüb. Atamın evinin təkcə bir parçası qalıb. Əmim uşaqları babamın, nənəmin məzarlarını tapıblar. Ermənilər onları da dağıdıb, salamat qoymayıblar. O görüntüləri izləyib o qədər ağlamışam ki..”

Proses.az bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Süleyman Abdullayevin qızı Aygün Abdullayeva deyib.

Sənətkarın qızı “Atanızın məzarını doğma Qoçəhmədli kəndinə köçürmək istərdiniz?” sualına belə cavab verib:

“Tez-tez atamın məzarını ziyarət edirəm, gedib dərdləşirəm, ağlayıb gəlirəm. Atamı o biri dünyada da yad edirik. Həmişə məzarlığa gedəndə ağlamışam, çıxanda isə nəsə bir hadisə olub gülüb qayıtmışam. Onlar mənim ağlamağımı belə istəmirlər. Mənim anam atamdan əvvəl rəhmətə gedib. Dədə vəsiyyət etmişdi ki, məni anamızın yanında dəfn edin. Anam rəhmətə gedəndən sonra atamın üzü gülmədi. Hətta dedim ki, dədə, Qoçəhmədli düşmən tapdağından azad olunanda səni orada dəfn etməyək? Çünki anası da, atası da o torpaqdadır. Dedi ki, məni qəbirdə narahat edərsiz. O köçürməni elə bilirsiz ki, mən istəmirəm? Mənə icazə versələr babamın, nənəmin məzarını Bakıya köçürərdim. Özüm də rahat olardım. Hətta deyirdi ki, birdən məni Fəxri Xiyabanda dəfn etmək istəyərlər, sən onlara təşəkkür et, amma orada dəfn etmə”.

Aygün xanım ehtimal edib ki, aparıcı Nanə Ağamalıyeva ondan incik düşüb:

“Bilirsiniz ki, atam sağlığında efirlərdən birində Qoçəhmədlidəki evlərindən birini Nanə xanıma verdiyini bildirmişdi. Bəzi jurnalistlər bu məsələni lazımsız məcraya yönəltdilər. Atamın ağzından çıxan söz bizim üçün qanundur. O nə deyirsə o da olmalıdır. Sözümüzün üstündə dururuq. Nanə xanım da atamın bir balasıdır. Mənim atam arada xəstələndi, şəkəri oldu, komaya düşdü. Nanə xanım “Nanəli” verilişini açdı və atamı o verilişə dəvət etdi. Atam da diqqəti çox yüksək qiymətləndirirdi. Atam bu hadisədən sonra onu çox istəməyə başladı. O da fikirləşib ki, 5 yerdə evi var. Nanə xanımın bəyəm maşını, evi yoxdur?! Atam deyirdi ki, Nanə xanım milli musiqimizə, muğamlarımıza o qədər dəyər verir, təbliğ edir ki, mən istərdim ki, gələcəkdə Qoçəhmədli kəndi işğaldan azad olunanda Nanə xanım orada mənim ev muzeyimi yaratsın. Atam çox gözəl bilirdi ki, Nanə xanımın bu işləri görməyə imkanı var. O istəyirdi ki, Nanə xanım onun xatirəsini yaşatsın. O fikirləşirdi ki, mənim imkanlarım məhduddur, bunu Nanə xanım edə bilər. Nanə xanım atama o qədər yaxşılıqlar edib ki… Atam bir tikə çörəyini hər kəslə bölüşən insan idi. Elə biz də.. Yaxşılıqdan başqa bu dünyadan nə apara bilərik ki?”.

DİGƏR XƏBƏRLƏR

Azərbaycanlı aparıcı ölümlə ÜZ-ÜZƏ QALDI: başından və qolundan ZƏDƏ ALIB – VİDEO/FOTO

Azərbaycanlı aparıcı ölümlə ÜZ-ÜZƏ QALDI: başından və qolundan ZƏDƏ…

Aparıcı Xəyalə Hüseynlinin başına iş gəlib. Milli.Az xəbər verir ki, onun at minmək həvəsi aparıcıya baha başa gəlib Belə ki,…
Qətlə yetirilən Elnurun FOTOları

Qətlə yetirilən Elnurun FOTOları

Ötən gün Lənkəran şəhərində 1990-cı il təvəllüdlü Elnur Cəfərov kəsici alətlə qətlə yetirilib. Cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü…
Vəzifəli şəxs yol qəzasında ÖLDÜ

Vəzifəli şəxs yol qəzasında ÖLDÜ

Cəbrayılda ağır yol-nəqliyyat hadisəsi baş verib. Proses.az report-a istinadla xəbər verir ki, hadisə bu gün rayonun Soltanlı kəndində qeydə alınıb.…
Bakıda yaşlı kişi küçələrdə yaşayır: “Burada daha rahat və azad oluram” – VİDEO

Bakıda yaşlı kişi küçələrdə yaşayır: “Burada daha rahat və…

Bakıda yaşlı kişi günlərdir ki, küçələrdə yaşayır. Proses.az Xəzər TV-yə istinadən bildirir ki, 70 yaşlı Nazim Əsgərzadə deyir ki, ali…
Pensiya alanların NƏZƏRİNƏ: Artım olacaq

Pensiya alanların NƏZƏRİNƏ: Artım olacaq

“Azərbaycanda minimum pensiya artırılacaq. Bununla bağlı cənab prezidentin göstərişi var. Hazırda minimum pensiya 280 manatdır və artımlardan sonra növbəti ildən…
Qəbələdə iki nəfərin qətlə yetirilməsinin TƏFƏRRÜATI

Qəbələdə iki nəfərin qətlə yetirilməsinin TƏFƏRRÜATI

Dünən saat 20 radələrində Qəbələnin Zərgərli kəndində 2 nəfərin güllələnərək öldürülməsi, 1 nəfərin isə xəsarət alması hadisəsinin təfərrüatları üzə çıxıb.…
Raman Saleyin həyat yoldaşı: “O, medalsız da mənim üçün çempiondur” – VİDEO

Raman Saleyin həyat yoldaşı: “O, medalsız da mənim üçün…

“Ramanla qürur duyuram, mənim üçün o, medalsız belə çempiondur. İdmançı ilə yaşamaq çox çətindir. Çünki bu, bütün həyatın intizamla keçməlidir…
Azərbaycanda tələbə qəfil ÖLDÜ – FOTO

Azərbaycanda tələbə qəfil ÖLDÜ – FOTO

Azərbaycanda tələbə ürəktutmadan qəfil vəfat edib. Proses.az bildirir ki, bu barədə BAKU.WS-in “qaynar xətti”nə mərhumun sinif yoldaşı Kənan Yunisli məlumat…
Ruben Vardanyan barədə QƏRAR VERİLDİ

Ruben Vardanyan barədə QƏRAR VERİLDİ

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ruben Vardanyan barədə davam edən cinayət işi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qərar…
Gəncədəki partlayışdan belə xilas edildilər – VİDEO

Gəncədəki partlayışdan belə xilas edildilər – VİDEO

Xəbər verdiyimiz kimi, Gəncədə binada partlayış baş verib. Proses.az bildirir ki, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş…
Mehriban Əliyevadan Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım

Mehriban Əliyevadan Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib. Proses.az paylaşımı təqdim edir:
Noyabrda bu tarixlərdə iş olmayacaq

Noyabrda bu tarixlərdə iş olmayacaq

İş və istirahət günlərinin yerləri dəyişdirilib. Proses.az APA-ya istinadla bildirir ki, Nazirlər Kabineti bu barədə qərar verib. İş və istirahət…
Vilayət Eyvazovdan həmin avtomobillərlə bağlı göstəriş

Vilayət Eyvazovdan həmin avtomobillərlə bağlı göstəriş

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov paytaxtda sürücü intizamının daha da yüksəldilməsinin vacib olduğunu bildirib. Proses.az qafqazinfo-ya istinadən xəbər verir…
“Ayrılmaq istəyirdi, qucaqlayıb bıçaqladım” – bu cəza verildi

“Ayrılmaq istəyirdi, qucaqlayıb bıçaqladım” – bu cəza verildi

Xətai rayonunda 22 yaşlı qadını küçədə bıçaqla öldürməkdə, rəfiqəsinə isə xəsarət yetirməkdə ittiham olunan Səbuhi Qürbətovun məhkəmə araşdırması başa çatıb. Proses.az…
Tanınmış aparıcının Azərbaycandan çıxışına qadağa qoyuldu

Tanınmış aparıcının Azərbaycandan çıxışına qadağa qoyuldu

Tanınmış araşdırmaçı-jurnalist İdris Heydərli məhkəməyə verilib. Proses.az lent.az-a istinadən bildirir ki, buna səbəb onun fərdi sahibkar kimi fonda olan borcları…