• 14.10.2024 14:52

Meyvə suyu, çay və qəhvəyə cinsi gücüartıran dərmanlar qatıblar – Nazirlik açıqladı

Meyvə suyu, çay və qəhvəyə cinsi gücüartıran dərmanlar qatıblar – Nazirlik açıqladı

Meyvə suyu, şokolad, konfet də daxil olmaqla 17 fərqli məhsulda cinsi gücü artıran maddələr aşkarlanıb.

Milli.Az xəbər verir ki, Türkiyənin Kənd Təsərrüfatı nazirliyinin yaydığı məlumata əsasən ölkədə satılan şokoladdan meyvə suyuna, baldan konfetə qədər 17 fərqli məhsulda iqtidarsızlıq və cinsi funksiya pozğunluqlarının müalicəsində istifadə olunan ‘Sildenafil’ və ‘Tadalafil’ adlı təsir maddələrinin istifadə edildiyi məlum olub.

Oktyabr ayının 2-də yayılan rəsmi məlumatda qeyd olunur ki, siyahıda yer alan 17 fərqli məhsulda cinsi gücü artıran dərmanların tərkibində olan maddələrinin istifadəsi aşkarlanıb. Bu satışına qadağa qoyulmuş ‘sildenafil’ və ‘tadalafil’dir. Cinsi funksiya pozğunluqlarının müalicəsində yalnız həkim nəzarətində və reseptlə əldə oluna bilən bu dərmanlar, istifadədən əvvəl də dərman resepti ilə təmin olunmalıdır.

Ölüm riski var

Baş ağrısı, başgicəllənmə, yuxu pozuntusu, nəfəs darlığının artması, görmədə bulanıqlıq, mədə yanması, üzün həddindən artıq qızarması, burun axıntısı, burun qanaması və işığa qarşı həssaslıq kimi yan təsirlərə səbəb olan ‘sildenafil’, yüksək dozada qəbul edildikdə insult və hətta ölümə belə səbəb ola bilər.

Hansı məhsullarda istifadə olunub?

Təhlükəli sayılan ‘sildenafil’ və ‘tadalafil’ dərman təsir maddəsinin siyahıdakı bitki qarışıqlı şokolad, ginsengli konfet, bitki suyu qatqılı enerji içkiləri, 150 və 250 ml-lik bəzi enerji içkiləri, epimediumlu ginsengli fındıqlı pestilində olduğu bildirilir.

Məcunlara da əlavə edirlər

Türkiyədəki müəssisələrin birində 15 qramlıq balda belə çıxdığı bildirilərkən, efervesan tablet, padşah macunu, mesir macunu, bitki qarışıqlı macun, ballı bitki macunu və epimediumlu bitki macunu kimi məhsullarda da bu təsir maddəsinin tapıldığı qeyd olunub. Aromalı, qəhvə aromalı, vişnə aromalı qazlı-qazsız içkilərin, ginsengli qarışıq vitaminli meyvə aromalı, bitki qarışıqlı qazlı-qazsız içkilərin, həmçinin qara çay, qarışıq bitki çayı, qəhvə, bitki qarışıqlı qəhvə və qarışıq bitki tozlarında da bu dərman təsir maddəsinin aşkar olunduğu bildirilib. Bu məhsulların əksəriyyətinin İstanbul, İzmir, Antalya, Mersin, Bursa, Ankara və Kocaeli kimi böyük şəhərlərdəki müəssisələrdə istehsal olunduğu bildirilib.

Mütəxəssislər xəbərdarlıq edir

Mütəxəssislər istehlakçıları bu məhsulları qəbul etdikdə baş ağrısı kimi simptomlar yaşadıqları təqdirdə, bu məhsulların qadağan olunmuş dərman təsir maddələrini ehtiva edə biləcəyi barədə xəbərdar edərək bu cür məhsullardan uzaq durmağı tövsiyə edirlər.

Qeyd edək ki, yuxarıda adları çəkilən məhsullar Bakıda da satılır.

DİGƏR XƏBƏRLƏR

Mehriban Əliyevadan Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım

Mehriban Əliyevadan Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib. Proses.az paylaşımı təqdim edir:
Noyabrda bu tarixlərdə iş olmayacaq

Noyabrda bu tarixlərdə iş olmayacaq

İş və istirahət günlərinin yerləri dəyişdirilib. Proses.az APA-ya istinadla bildirir ki, Nazirlər Kabineti bu barədə qərar verib. İş və istirahət…
Vilayət Eyvazovdan həmin avtomobillərlə bağlı göstəriş

Vilayət Eyvazovdan həmin avtomobillərlə bağlı göstəriş

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov paytaxtda sürücü intizamının daha da yüksəldilməsinin vacib olduğunu bildirib. Proses.az qafqazinfo-ya istinadən xəbər verir…
“Ayrılmaq istəyirdi, qucaqlayıb bıçaqladım” – bu cəza verildi

“Ayrılmaq istəyirdi, qucaqlayıb bıçaqladım” – bu cəza verildi

Xətai rayonunda 22 yaşlı qadını küçədə bıçaqla öldürməkdə, rəfiqəsinə isə xəsarət yetirməkdə ittiham olunan Səbuhi Qürbətovun məhkəmə araşdırması başa çatıb. Proses.az…
Tanınmış aparıcının Azərbaycandan çıxışına qadağa qoyuldu

Tanınmış aparıcının Azərbaycandan çıxışına qadağa qoyuldu

Tanınmış araşdırmaçı-jurnalist İdris Heydərli məhkəməyə verilib. Proses.az lent.az-a istinadən bildirir ki, buna səbəb onun fərdi sahibkar kimi fonda olan borcları…
“Mənə maşın alanın anasını mələr qoyaram” – VİDEO

“Mənə maşın alanın anasını mələr qoyaram” – VİDEO

ATV kanalında yayımlanan “Həkimsən” verilişinin aparıcısı sosial şəbəkədə avtomobilində olan fotosunu paylaşıb. Proses.az sfera.az-a istinadən xəbər verir ki, məşhurun fotosuna…
Sabah qeyri-iş günüdür? – AÇIQLAMA

Sabah qeyri-iş günüdür? – AÇIQLAMA

Sabah – 18 oktyabr tarixində Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd ediləcək. Sosial mediada sabahkı günün qeyri-iş günü olub-olmaması ilə bağlı…
Əhaliyə xəbərdarlıq: oktyabrın 19-u… – DİQQƏT!

Əhaliyə xəbərdarlıq: oktyabrın 19-u… – DİQQƏT!

COP29 tədbirinə hazırlıq məqsədi ilə bəzi yollarda avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək. Proses.az AYNA və BDYPİ-nin birgə məlumatını təqdim edir: 2024-cü…
Bakıda gənc sevdiyinin qapısında öldürüldü: Qız isə anbaan lentə aldı – DETALLAR – VİDEO

Bakıda gənc sevdiyinin qapısında öldürüldü: Qız isə anbaan lentə…

Qaradağ rayonunun Lökbatan qəsəbəsində öldürülən 1998-ci il təvəllüdlü İlham Haqverdiyevlə bağlı bəzi detallar məlum olub. Proses.az oxu.az-a istinadən xəbər verir…
Komaya düşən vəzifəli şəxs vəfat etdi – FOTO

Komaya düşən vəzifəli şəxs vəfat etdi – FOTO

Naxçıvan Muxtar Respublikası 5 Saylı Babək-Naxçıvan-Culfa Dairə Seçki Komissiyasının sədri Əzim Əzimov vəfat edib. Proses.az qafqazinfo.az-a istinadən xəbər verir ki,…
Almaniyada azərbaycanlı tələbə itkin düşdü

Almaniyada azərbaycanlı tələbə itkin düşdü

Almaniyada yaşayan azərbaycanlı itkin düşüb. Proses.az xəbər verir ki, bu barədə lent.az-a həmin ölkədə yaşayan həmerlilərimiz məlumat veriblər. Məlumata görə,…
Türkiyəni gözəllik müsabiqəsində bu qız təmsil edəcək – FOTO

Türkiyəni gözəllik müsabiqəsində bu qız təmsil edəcək – FOTO

Ötən gün İstanbuldakı hotellərdən birində gözəllik müsabiqəsinin yekun nəticələri elan edilib. Milli.Az haberler-ə istinadla bildirir ki, Ayliz Duman “Miss Universe Türkiye…
“Kimdir bunlar, hansı əsaslarla şəhərə giriblər, nə işlə məşğul olurlar?”

“Kimdir bunlar, hansı əsaslarla şəhərə giriblər, nə işlə məşğul…

“Yol hərəkəti təhlükəsizliyi komissiyasının son qərarlarından biri belə olmuşdu ki, Bakı şəhərinin ərazisində icazə verilən maksimum kütləsi 8 tondan yuxarı…
Paytaxtın bu ərazisindəki evlər söküləcək

Paytaxtın bu ərazisindəki evlər söküləcək

Son vaxtların ən mühüm problemlərindən biri də Bakının bəzi ərazilərindəki evlərin sökülməsidir. Əsasən də bu məsələ paytaxtın “Sovetski” və “kubinka”…
Bakıda 2 yaşlı uşaq qəfil öldü

Bakıda 2 yaşlı uşaq qəfil öldü

Bakıda azyaşlı qız qəfil vəfat edib. Proses.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə dünən Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib.…