• 19.10.2024 19:55

“Kupça”sı olmayan ev sahiblərinə bəd xəbər

“Kupça”sı olmayan ev sahiblərinə bəd xəbər

Son günlər müzakirə olunan məsələlərdən biri də mülk kağızı (“kupça”) olmayan evlərdir. Belə ki, bir çox çıxarışsız evlərin sənədləşdirilməsi mümkün olsa da, qaz və neft kəmərinin üzərində tikilən evlərin sahibləri sənəd ala bilməyəcəklərindən narahatdırlar.

Proses.az xəbər verir ki, globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Mülkədar Rüstəmovun fikrincə, bu məsələdə zamanında evi, torpağı sənədsiz alan şəxslər günahkardır.

O deyib ki, vaxtında sənədli mülk almaq lazım idi:

“Dövlətin qanun-qaydası var. Əgər bir evin, torpağın çıxarışı yoxdursa, o torpağı almayın. Çünki sabah dövlət mülkiyyətinizi tanımayacaq. Bunlar da özbaşına addım atdılar, ucuz torpaqlar əldə etdilər ki, irəli düşsünlər. Beləliklə də neft ərazilərinə girdilər, bələdiyyənin qanunsuz torpaqlarını aldılar. Bundan sonra da rüşvət verib, ev tikdilər. Axırda aqibətləri belə oldu. Xüsusilə Binəqədi, Sabunçu rayonlarında bəzi ərazilərdə torpaq yaşayış üçün yararsız hesab olunur. Neft ərazisi isə yaşayış üçün ümumiyyətlə, yararsızdır, ekoloji cəhətdən zərərlidir. Orada insanın yaşaması qeyri-mümkündür. Dövlət də qərar verdi ki, o yerlərdə ev tikmək mümkün iş deyil. Sabah həmin ərazidə bir partlayış və ya bənzər hadisə baş versə, gəlib yapışacaqlar dövlətin boğazından ki, dəymiş ziyanı ödə. Onda da vətəndaşla dövlət arasında çaxnaşma yaranır. Dövlət bunları nəzərə alıb, öncədən həmin torpaqları tanımayacağına dair şərt irəli sürmüşdü”.

Ekspertin sözlərinə görə, əgər yaşayış məntəqələri çıxarışda torpaq kateqoriyasına aiddirsə, o zaman orada fərdi evin tikintisinə icazə verilir:

“Adam var ki, torpaq alıb, qanunla layihə çəkdirib və evini tikib. Portalda da bunların hamısı göstərilir. Amma bir çoxları evi özbaşına tikdikdən sonra sənədləşdirmə ilə bağlı müraciət edir. Əmlak Komitəsi də çıxarış tələb edən zaman görür ki, bələdiyyə sənədidir, ərazi isə kənd təsərrüfatı üçün ayrılan torpaqdır. Burada da ümumiyyətlə ev tikməkdən söhbət gedə bilməz. Ona görə də vətəndaşın müraciətinə imtina cavabı gəlir”.

M.Rüstəmov deyib ki, bəzi bələdiyyə torpaqları yalnız Nazirlər Kabinetinin sərancamında olduğuna görə, COP29 tədbirindən sonra ölkə başçısı tərəfindən amnistiya gözlənilir:

“Köhnə bələdiyyələrdən qalmış sənədlər əfv olunacaq, təyinatı dəyişəcək. Yəni kənd təsərrüfatı üçün olan torpaqlar yaşayış məntəqələri ilə əvəz olunduqdan sonra da bir qrup insan çıxarış əldə edə biləcəklər. Amma neft ərazisi, dövlətin bəzi xüsusi torpaqları olan yerlərdə evlərə mülk kağızı almaq mümkün deyil və o torpaqlar tanınmayacaq”.

DİGƏR XƏBƏRLƏR

Bu bədbəxtlər Azərbaycan dilindən niyə qorxur? – Qazipur

Bu bədbəxtlər Azərbaycan dilindən niyə qorxur? – Qazipur

Keçmiş millət vəkili Nadir Qazipur İran Mülki Aviasiyasında ana dilində salamlama qadağasını sərt tənqid edib. Proses.az xəbər verir ki, bu…
“Oxuyanda qışqırmaqdan xəstə olmuşam”

“Oxuyanda qışqırmaqdan xəstə olmuşam”

“Qəzəlləri oxuyanda muğam özü bir gözəllik tapır. Xanəndəyə yol göstərir, aza bilmir. Qəlizdir və öyrənmək çətindir. İndiki dövrdə ona pul…
Bu bürclər fırıldaqçıların qurbanı ola bilər – ehtiyyatlı olun

Bu bürclər fırıldaqçıların qurbanı ola bilər – ehtiyyatlı olun

Unutmayın ki, ulduzlar yalnız xəbərdarlıq edə bilər, lakin son seçim həmişə sizindir Önümüzdəki aylarda üç bürcün fırıldaqçıların qurbanı olmaq riski…
Şabranda kanaldan qadın meyiti tapıldı

Şabranda kanaldan qadın meyiti tapıldı

Samur – Abşeron kanalının Şabran rayonunun Gəndob kəndi ərazisindən keçən hissəsində qadın cəsədi aşkarlanıb. Proses.az “Report”a istinadən xəbər verir ki,…
Azərbaycanda zəlzələ olacaq – Əhalinin nəzərinə – seysmoloq açıqladı

Azərbaycanda zəlzələ olacaq – Əhalinin nəzərinə – seysmoloq açıqladı

Son günlər Azərbaycanın müxtəlif ərazilərində hiss olunan zəlzələlər qeydə alınıb. Belə ki, ilk zəlzələ  oktyabrın 15-də yerli vaxtla saat 19:03-də…
“Bu gün qadınların 80 faizi Təranə kimi düşünür”

“Bu gün qadınların 80 faizi Təranə kimi düşünür”

“Pislik sözü Təranənin mənə etdiklərinin yanında çox yüngül qalır. O, mənə təkcə pislik etməyib, zülm verib. Ona görə ölkədən qaçmışdım.…
Müğənninin həyat yoldaşı: “Samir anası yaşda qız alıb…”

Müğənninin həyat yoldaşı: “Samir anası yaşda qız alıb…”

“Biz Samirlə ailə quranda özümüz haqda hər növ şaiyələr eşitmişdik. Amma bu başqa söhbətdir. Nə isə təzə, fərqli bir şeydir.…
31 yaşlı model öldü – FOTO

31 yaşlı model öldü – FOTO

31 yaşlı model və Novosibirskdən “Bakalavr” şousunun iştirakçısı Veronika Muraşkina vəfat edib. Proses.az axşam.az-a istinadən xəbər verir ki, onun ölümünə səbəb…
Talıb Tale vergi borcundan danışıb

Talıb Tale vergi borcundan danışıb

“Vergi borcumun olduğunu iki gün öncə ölkəni tərk edərkən bildim”. Proses.az xəbər verir ki, bu sözləri oxu.az-a vergi borcu barədə…
600-dən yuxarı bal toplayanların hərbi xidməti barədə yeni DETALLAR

600-dən yuxarı bal toplayanların hərbi xidməti barədə yeni DETALLAR

Yüksək intellektual potensiala malik gənclərin bütün digər sahələrdə olduğu kimi müdafiə sahəsində də geniş dəyərləndirilməsi fürsətlərinin yaradılması Müdafiə Nazirliyinin diqqət…
Xanımı “Qarabağ”ın futbolçusuna sürpriz etdi – Video

Xanımı “Qarabağ”ın futbolçusuna sürpriz etdi – Video

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Toral Bayramov üçüncü dəfə ata olacaq. Bu barədə onun xanımı Nəzrin Bayramova instaqram hesabında paylaşım…
Avropa çempionu azarkeşin formasını oğurlayıb – VİDEO

Avropa çempionu azarkeşin formasını oğurlayıb – VİDEO

Portuqaliya millisinin futbolçusu Luiş Nani azarkeşin formasını oğurlamaqda günahlandırılıb. Idman.biz xəbər verir ki, hadisə 37 yaşlı Avropa çempionunun çıxış etdiyi…
Məşhur vəkil efirdə ağladı: ” Onları görüb dəli oldum” – VİDEO

Məşhur vəkil efirdə ağladı: ” Onları görüb dəli oldum”…

Tanınmış vəkil Şəfiqə Nağıyeva efirdə efirdə kövrələrək göz yaşı axıdıb. Milli.Az xəbər verir ki, Lalə Azərtaşın təqdimatında efirə gedən “Təsir dairəsi”…
“Peyğəmbərlərin ixtiyarları olmayıb ki, nəyəsə halal və ya haram desinlər” – VİDEO

“Peyğəmbərlərin ixtiyarları olmayıb ki, nəyəsə halal və ya haram…

“Uşaq dünyaya gələndə gender mövzusu ilə bağlı bir anlayışı olmur. Bu, yaşadığı cəmiyyət və bəzi şeylərə etirazın nəticəsində sonradan formalaşır”.…
Azərbaycanlı aktyorun ölkədən çıxışı qadağan edilir – FOTO

Azərbaycanlı aktyorun ölkədən çıxışı qadağan edilir – FOTO

Tanınmış aktyor və bloqer Emil Musayev məhkəməyə verilib. Proses.az lent.az-a istinadən xəbər verir ki, buna səbəb onun fərdi sahibkar fonda…