• 21.10.2024 12:32

Metrodan istifadə edənlərə XƏBƏRDARLIQ – 200 manat CƏRİMƏ

Metrodan istifadə edənlərə XƏBƏRDARLIQ – 200 manat CƏRİMƏ

Metrodan gündəlik istifadə, xüsusən Bakı kimi böyük şəhərlərdə, ictimai nəqliyyatın ən səmərəli formalarından biridir.

Proses.az BAKU.WS-ə istinadən xəbər verir ki, Bakı Metropoliteni şəhər daxilində böyük sərnişin axınına cavab verən əsas nəqliyyat vasitələrindən biri hesab olunur.

Metrodan istifadə insanların gündəlik həyatını asanlaşdırdığı kimi bu ictimai nəqliyyat növündən istifadə edərkən bəzi qaydalara riayət etmək vacibdir. Metroya yad əşyalar atmaq və ya zibilləmək qanunla ictimai nəqliyyatda qayda pozuntusu kimi tənzimlənir və bu cür davranışlara qarşı müxtəlif cəzalar nəzərdə tutulur. Azərbaycanda bu kimi qaydaların pozulmasına görə hüquqi məsuliyyət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir.

 

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirib ki, metrodan istifadə qaydalarına uyğun olaraq daima marifləndirmə işləri aparılır: “Metroya zibil qutuları qoyulmur. Bu, müntəzəm olaraq çatdırılır ki, əsas səbəb sərnişin təhlükəsizliyidir. Stansiyalar sanitariya və gigiyena baxımdan təmiz olması üçün lazım olan bütün tədbirlər görülür. Əlavə gün ərzində monitorinqlər aparılır. Metropolitenin sanitariya normalarına uyğun olaraq nəzarətdə saxlanılır və həftəlik olaraq stansiyalarda keçirilən iclaslarda xüsusi qiymətləndirmə aparılır. Bu məsələ daima diqqətdə saxlanıldığı üçün Bakı metropoliteni dünyada qabaqcıl olan ölkələr sırasında gedir. Metroda qaydaları pozanlarla bağlı bizim qurumun inzibati məsuliyyətə cəlb etmək səlahiyyəti yoxdur. Bu istiqamətdə adiyyəti qurumların tədbir görmək səlahiyyəti var”.

 

 

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, metropolitendən istifadə qaydalarının pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsi ilə tənzimlənir:

“Qanuna əsasən, stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə on beş manat, eskalatordan sürahinin üstünə əşya qoymağa görə iyirmi manat, dəmir yoluna hər hansı əşya atmağa görə otuz manat, eskalatorun sürahisini çıxarmağa, zərurət olmadan “Stop” açarından istifadə etməyə, stansiyaların vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda tütün çəkməyə, qatarın hərəkəti zamanı vaqonun qapılarını açmağa, qatarın yola düşməsini ləngitməyə, özbaşına dəmir yoluna düşməyə, qatarın idarəetmə kabinəsinə, xidməti-texniki otaqlara, ventilyasiya şaxtası köşklərinə, tunellərə və metropolitenin işçiləri üçün nəzərdə tutulan çəpərlənmiş ərazilərə daxil olmağa, açıq oddan, pirotexniki qurğulardan (fişəng, partlayıcı və sair) istifadə etməyə görə əlli manat, müvafiq icazə olmadan metropolitenin elektrik şəbəkəsinə elektrik işlədicilərini qoşmağa görə yetmiş manat, metropolitenin ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə hər hansı əşya yandırmağa görə yüz manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunur”.

 

 

Qeyd edək ki, Metropolitendə dəmir yoluna hər hansı əşya atmağa görə cərimə kəskin artırılır. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, dəmir yoluna hər hansı əşya atmağa görə 200 manat məbləğində cərimə təklif edilir. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

DİGƏR XƏBƏRLƏR

Anar Mədətov oğlu Mahir Emrelidən DANIŞDI: “Neçə ildir o əziyyət çəkir” – VİDEO

Anar Mədətov oğlu Mahir Emrelidən DANIŞDI: “Neçə ildir o…

Tanınmış musiqi prodüseri Anar Mədətov oğlu, məşhur futbolçu Mahir Emrəli haqda sualları cavablandırıb. Proses.az shownews-a istinadən xəbər verir ki, “Xəbərin…
İstilik mövsümü vaxtından əvvəl BAŞLAYACAQ?

İstilik mövsümü vaxtından əvvəl BAŞLAYACAQ?

Hər il Azərbaycanda istilik mövsümü noyabrın 15-dən etibarən başlayır. Bu isə sakinlərin bir qisminin narazılığına səbəb olur. Bakı şəhər sakinlərinin…
Keçmiş müşavir TUTULDU

Keçmiş müşavir TUTULDU

SOCAR Petroleum QSC rəhbərinin sabiq müşaviri, hazırda eyni şirkətdə böyük iqtisadçı vəzifəsində işləyən İlqar Əkbərli həbs edilib. Proses.az qafqazinfo-ya istinadən…
Gecə onlarla nömrə itib, sürücülər nə etsin? – Rəsmi cavab

Gecə onlarla nömrə itib, sürücülər nə etsin? – Rəsmi…

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda yağan aramsız yağışlar bir sıra fəsadlara yol açıb. “Qafqazinfo”nun məlumatına görə, bunun nəticəsində dünən…
Vasif Məhərrəmli psixoloqların qonorarının çoxluğundan danışdı

Vasif Məhərrəmli psixoloqların qonorarının çoxluğundan danışdı

Əməkdar artist Vasif Məhərrəmli psixoloq qəbulunda olan zaman verdiyi qonorardan danışıb. Axşam.az xəbər verir ki, müğənni “İncə səhər” proqramında başına…
Rus jurnalist oteldə ölü tapılıb

Rus jurnalist oteldə ölü tapılıb

Rusiyalı jurnalist İnessa Papernaya Daşkənddə oteldə ölüb. BAKU.WS xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlunat yayıb. Məlumata görə, jurnalist…
Tuneldə boğularaq ölənlərdən birinin FOTOSU

Tuneldə boğularaq ölənlərdən birinin FOTOSU

Xəbər verdiyimiz kimi, Sabunçuda tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb. Həyatını itirən şəxslərdən 48 yaşlı Elnur Fazil…
Azərbaycanlı müğənni küçədə “salfet” SATDI: “İş-güc yoxdur” – VİDEO

Azərbaycanlı müğənni küçədə “salfet” SATDI: “İş-güc yoxdur” – VİDEO

“İş-güc yoxdur” Medianews.az bildirir ki, ARB TV -nin “Günə Bax” verlişində maraqlı anlar yaşanıb. Belə ki, verlişdə qonaq olan gənc…
Tuneldəki ölümlə bağlı araşdırma başladı

Tuneldəki ölümlə bağlı araşdırma başladı

Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq paytaxtda tuneldə vətəndaşın boğularaq ölməsi hadisəsi ilə bağlı birgə məlumat yayıb. Proses.az xəbər verir ki,…
Piyadaların üzərinə su sıçradan sürücülərin NƏZƏRİNƏ

Piyadaların üzərinə su sıçradan sürücülərin NƏZƏRİNƏ

“Sulu və ya palçıqlı yolda piyadalara, binalara və ətrafdakı nəqliyyat vasitələrinə qəsdən su sıçradılması hər bir sürücüdə, İnzibati Xətalar Məcəlləsinin…
Hacı Şahinin yenilənən məzarının GÖRÜNTÜSÜ – FOTO

Hacı Şahinin yenilənən məzarının GÖRÜNTÜSÜ – FOTO

Hacı Şahin Həsənlinin məzarı yenilənib. Bu barədə teleaparıcı Hacı Nuran sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda Hacı Şahinə sadə baş…
Ağadadaş Ağayevin cinayət işi məhkəməyə göndərildi

Ağadadaş Ağayevin cinayət işi məhkəməyə göndərildi

Xalq artisti Ağadadaş Ağayevin balta insidenti ilə bağlı cinayət işi məhkəməyə göndərilib. Proses.az oxu.az-a istinadən xəbər verir ki, balta insidenti…
Kəmaləddin Heydərov su basmış ərazilərə gəldi – FOTO

Kəmaləddin Heydərov su basmış ərazilərə gəldi – FOTO

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakıda yağıntılarla bağlı su basmış ərazilərə gedib. Bu barədə Proses.az-a nazirlikdən məlumat verilib. Bildirilib…
Müşfiq Atakişiyevlə bağlı hökm dəyişmədi

Müşfiq Atakişiyevlə bağlı hökm dəyişmədi

Elm və Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin barəsində olan hökmdən apellyasiya…
Meyxanaçı və 2 qadın faciəvi şəkildə öldü – FOTOlar

Meyxanaçı və 2 qadın faciəvi şəkildə öldü – FOTOlar

Ötən gecə Ucarda baş verən dəhşətli qəzada həyatını itirən və xəsarət alanların kimliyi müəyyənləşib. Medianews.az qafqazinfo.az-a istinadən xəbər verir ki,…