• 25.10.2024 12:53

“Deyirlər, niyə tək gəzirsən, balaca?” -Bəstəboy aktrisa ilə MÜSAHİBƏ

“Deyirlər, niyə tək gəzirsən, balaca?” -Bəstəboy aktrisa ilə MÜSAHİBƏ

Lent.az peşəkar mədəniyyət və incəsənət xadimləri ilə yanaşı gənc, hələ tanınmamış aktyor və aktrisalarımızla müsahibələri təqdim edir. Bu dəfə də ənənəmizə uyğun olaraq yeni bir sima ilə tanış edəcəyik sizi. Qonağımız aktrisa Ülviyyə Qarayevadır. 

– Ülviyyə, istərdim özünüz barədə məlumat verəsiniz.

– Qarayeva Ülviyyə. Qazax rayonunda doğulmuşam. 25 yaşım var. Rəqslə məşğul olmağı sevirəm. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr aktyorluğu fakültəsini bitirmişəm, magistraturaya hazırlaşıram. Təhsilimi bitirdikdən sonra ya Musiqili Teatrda, ya da Gənc Tamaşaçılar Teatrında işləmək istərdim.

– Musiqili Teatrda işləmək istəyənlərdən səs də tələb olunur. Oxuya bilirsiniz yəqin.

– Bəli səsim var oxuyuram. Elmira Rəhimovadan ilhamlanmışam.

– Ailənizdə sizdən başqa bəstə boylu kimsə var?

– Ailədə 3 uşağıq. Qardaşlarım və mən. Bir qardaşımın boyu 140 sm-dir.
Bu qan qohumluğunun yaratdığı fəsaddır. Ailələrimiz bir neçə nəsil qohum evliliyi üstə qurulub, anamla atam bibi oğlu, dayı qızı olub. Onlar ucaboyludur, qardaşımla mən belə.

– Boyunuz nə qədərdir?

– 120 sm.

 Heç bu boya görə əziyyət çəkmisiniz?

– İctimai nəqliyyatla gedəndə sürücü məni götürmək istəməyib, deyib bu uşaq tək gedir valideyni hanı?  Dəfələrlə məni uşaq bilib yaxınlaşıblar, deyiblər niyə tək gəzirsən, balaca? Hər kəs gənc görünməyə çalışır, təbiət mənə bunu hədiyyə edib (gülür).

– Boyunuz uzansın deyə, uşaq ikən hansısa müalicələr almısınız?

– Həkimlərə çox gedib-gəlmişəm. Boy artırmaq  üçün edilən müalicələr fayda vermədi. Hətta üzgüçülüyə də getdim. Dedilər əməliyyatla boyu uzatmaq olar. Mən bunu istəmirəm. Ayağımda problem yaranmışdı, əməliyyat olundum və gördüm ki bu heç də asan bir iş deyil. İynə dərmandan xoşum gəlmir.

– Hind rəqsləri edirsiniz. Bu sahədə Oksana Rəsulova ilə rəqabətə hazırsınız?

– Məncə insanın ən böyük rəqibi onun özü olmalı, özü-özü ilə yarışmalıdır.

– Sizə bu günə qədər sənət yolunuzda məşhur simalardan dəstək və ya əngəl olanlar olub?

– Olub. Məşhurlardan da olub. Amma mən əngəl olanları unutmuşam. Problemləri arxada qoyub, ötüb keçməyi sevirəm. Sənətimlə bağlı böyük hədəflərim var, inanıram ki, onları həyata keçirəcəm. Dünya miqyasında tanınmaq istərdim. Mən İncəsənət Universitetinə hazırlaşanda hamı deyirdi ki, səni qəbul eləməzlər. Boyun balacadır, fakturan yol vermir. Amma məncə fərqlilik də gözəldir. Aktyorlar müxtəlif tipajlar yaradırlar və bu obrazlar arasında görünüşü ilə fərqlənən insanlar da var. Necə ki, mən. Xarici ölkələrdə bizim kimi aktyorlar daha çox uğur qazanırlar, onlar müxtəlif qüsurları uğur kimi istifadə edirlər. Xaricdən təklif almamışam, öncə Azərbaycanda tanınmalıyam, özümü üzə çıxarmalıyam ki, istedadımı görsünlər, məni bilsinlər

– Sevgi elanı almısınız?

– Çox olub. Amma mən tələsəmirəm. Hələlik sevgi münasibətim yoxdur. Karyeramla sənətimi paralel inkişaf etdirmək istəyirəm.

– Xəyalınızdakı qəhrəmanın boyu necədir?

– Uca boy da ola bilər. Bəzən deyirlər, boyu balacadır amma hündürboylu oğlan arzu edir. Arzulamaq günah deyil, arzu əngəl tanımır. Bizim də istəmək haqqımız var. İstərdim, onun boyu 150 olsun. Çünki övladlarımın sağlam, uca boylu olmasını istərdim. Boy insanlarla münasibətdə maneə yaratmayıb. Əsas xarakterdir, əzmdir, iradədir, bacarıqdır.

 Ev işləri görürsünüz? 

– Bəli bacarıram.

– Uşaqlar bir az amansız olurlar. Orta məktəbdə boyunuzla bağlı sizi cırnadanda dava edirdiniz?

– Yox susurdum. Dava eləmirdim, bəzən qardaşlarım mənim əvəzimə cavab verirdilər. Valideynlər də, məktəbdə müəllimlər də görkəm etibarilə fərqli insanlara yanaşmanı tərbiyə etməlidirlər. Bizi bəzən inklüziv məktəbə ayırmaq istəyirlər. Amma niyə? Biz özümüzü idarə edirik. İfadə edirik, ağlımız, bacarığımız varsa niyə ayrı məktəblərdə oxumalıyıq? Biz cəmiyyətə, cəmiyyət də bizə inteqrasiya eləməlidir. Bizi nə üçün fərqli görməlidirlər? Bizə yadplanetli kimi baxırlar. Biz cəmiyyətdə daxil olmalıyıq ki, ayrıseçkiliyə son qoyulsun.

– Bir az da yaradıcılığınız barədə danışaq.

– İlk çəkildiyim film festival filmi olub, “Hər vücudun danışacaq hekayəsi var” adlı bu film Heydər Əliyev Fondu tərəfindən çəkilmişdi. Rasim Ocaqov haqqında çəkilmiş filmdə də çəkilmişəm. Bir çox dövlət tədbirlərinə dəvət almışam, musiqili teatrda aktrisa kimi tamaşalarda oynamışam. Hazırda “Qaraca qız” serialında bacı rolunda çəkilirəm.

Son olaraq onu demək istərdim ki, mənim kimi insanları, əlil arabasına möhtac olan lakin intellektual gəncləri işə götürməkdən çəkinməsinlər. Bizim hamımızın şansa ehtiyacı və haqqı var. Biz də bərabərhüquqlu vətəndaşlarıq. İnsanı irəli aparan onun boyu yox, iradəsi, daxili aləmi, özünə inamıdır. Əsas odur həyatı sevəsən və ümidlərin tükənməsin.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…