• 07.11.2024 12:40

Baş həkim iş adamına uduzdu

Baş həkim iş adamına uduzdu

“Happy Smile”​ Diş Klinikasının rəhbəri Natəvan Qurbanovadan aldığı tibbi ləvazimatlar üçün 62 min manatı ödəməyən şirkət rəhbəri Cənnət Məhərrəmov məhkəmədə qalib gəlib.

“Qafqazinfo”nun məlumatına görə, 33 yaşlı Cənnət sərbəst mühakimə olunub. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

İstintaq materiallarında deyilir ki, müttəhim Məhərrəmov 10 ilə yaxındır Sumqayıt şəhərində stomatoloji avadanlıqların alqı-satqısı ilə məşğuldur. “Happy Smile”ın rəhbəri və baş həkimi Natəvanla tanışlığı da işlə bağlı yaranıb. Ona tibbi xalatlar satıb.

Bu işdə isə müştəri Cənnət, satıcı Natəvan həkimdir. Qarşılıqlı müqaviləyə əsasən, Cənnət “Happy Smile” klinikasından nisyə 69 min 500 manatlıq tibbi ləvazimat və digər avadanlıqlar götürüb. Bir müddət sonra borcun 7 min 500 manatını ödəyib, qalan məbləği ödəməkdən imtina edib.

Pul üstündə başlayan mübahisə tərəfləri məhkəməyə kimi gətirib çıxarıb. Klinika rəhbəri Cənnətin hərəkətini dələduzluq kimi qəbul etsə də, digər detallar ortaya çıxıb. Müdafiə tərəfinin təqdim etdiyi dəlil və sübutlardan, təqsirləndirilən şəxsin ifadələrindən görünür ki, məsələ başqa cürdür.

Cənnət ifadəsində deyib ki, borcunun hamısını ödəməməsinə səbəb aldığı tibbi ləvazimatların bir neçəsinin nasaz vəziyyətdə olduğunu müəyyən etməsi olub. Amma bu barədə ona alqı-satqı vaxtı məlumat verilməyib. Ondan tələb olunan məbləğin bir hissəsini də məhz ləvazimatların təmirinə xərcləyib. Təqsirləndirilən şəxsin sözlərinə görə, klinika rəhbəri ilə mübahisəsi də ondan nazas avadanlıqların təmirinə verdiyi pulu ümumi borcdan çıxılmasını istədiyinə görə başlayıb.

Vüqar Quliyevin sədrlik etdiyi məhkəmə tərkibi iş üzrə bütün halları hərtərəfli araşdırdıqdan, tərəfləri və şahid ifadələrini dinlədikdən sonra təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini qanunsuz hesab edib. Hakimlər belə qənaətə gəliblər ki, təqsirləndirilən şəxsin xanım zərərçəkmişi aldatmaq niyyəti olmayıb, sadəcə sonradan aralarında yaranmış anlaşılmazlığa görə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib. Xüsusi vurğulanıb ki, bu mübahisə mülki qaydada həll edilməli işdir və istintaq orqanı əvvəldən cinayət işi başlanmasından imtina etməli idi.

Hökmə əsasən, Cənnət Məhərrəmova əməlində cinayət tərkibi olmadığından bəraət verilib.

DİGƏR XƏBƏRLƏR

Ledi Qaqa azərbaycanlı qrupun videosunu paylaşdı

Ledi Qaqa azərbaycanlı qrupun videosunu paylaşdı

Bir müddət əvvəl Azərbaycanın “Pro Dance Show” rəqs qrupu Bakının mərkəzi küçələrindən birində məşhur müğənni Ledi Qaqanın “Abracadabra” mahnısının musiqisi…
26 yaşlı qadın dəm qazından öldü

26 yaşlı qadın dəm qazından öldü

Gəncədə 26 yaşlı qadın dəm qazından boğularaq ölüb. “Qafqazinfo” xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, Zərəngiz…
Bu şəxslərə aylıq 250 manat kompensasiya ödəniləcək

Bu şəxslərə aylıq 250 manat kompensasiya ödəniləcək

Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi qaydası təsdiq edilib.…
Həmin videoya görə polisə çağırıldılar- Rəsmi

Həmin videoya görə polisə çağırıldılar- Rəsmi

Sumqayıt şəhərində bir qrup gəncin buzlu hava şəraitində hərəkətdə olan avtobusun arxa hissəsindən tutaraq sürüşməsi ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən…
Azərbaycanda bu quruma yeni səlahiyyət verildi

Azərbaycanda bu quruma yeni səlahiyyət verildi

Xəbər verdiyimiz kimi, mülki hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılmasını idarə edən təşkilatların sertifikatlaşdırılması qaydası təsdiqlənib. Nazirlər Kabineti…
“Bura bazardır?” – Xatirədən Zaura etiraz!

“Bura bazardır?” – Xatirədən Zaura etiraz!

Müğənni Xatirə İslam efirdə aparıcı Zaur Kamala etirazını bildirib.  Proses.az olay.az-a istinadən xəbər verir ki, müğənni ilə aparıcı arasında gərginlik…
Hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ

Hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında və bəzi bölgələrdə fevralın 26-27-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə…
Uçuşla bağlı bu qayda təsdiqləndi

Uçuşla bağlı bu qayda təsdiqləndi

“Uçuş və kabinə heyətinə təlim keçən təşkilatlara, uçuş və kabinə heyətinin bilik və bacarıqlarını yoxlayan təlimçilərə sertifikatın verilməsi Qaydası” təsdiq…
“Açığı, heç icra başçısı olmaq istəmirdim” – Yarım milyon itirən iş adamı

“Açığı, heç icra başçısı olmaq istəmirdim” – Yarım milyon…

Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini polkovnik Rasim İldırım, onunla birgə ittiham olunan sayt rəhbəri Zaur Mirzəzadə və Qoşqar Məmmədovun…
Masazırda mal əti adı ilə camış əti satılırmış

Masazırda mal əti adı ilə camış əti satılırmış

Masazırda fəaliyyət göstərən ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb. Proses.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)məlumat yayıb.…
Deputat oğlu ilə 47 yaşlı qadını öldürdü – Sinif yoldaşı olublar – FOTO

Deputat oğlu ilə 47 yaşlı qadını öldürdü – Sinif…

Rusiyada iki məmur qətl törədib. Milli.Az rus mətbuatına istinadla xəbər verir ki, Rımnikski kənd qəsəbəsinin 47 yaşlı rəhbəri Dmitri Rudski…
Yenə qar yağacaq – Xəbərdarlıq

Yenə qar yağacaq – Xəbərdarlıq

Fevralın 26-sı səhər dağlıq ərazilərdən başlayaraq 27-si gündüzədək ölkənin əksər rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı,…
Narkotik aludəçisi qadının burnu qopdu – “Çənəmin də getdikcə…” – FOTOLAR

Narkotik aludəçisi qadının burnu qopdu – “Çənəmin də getdikcə…”…

ABŞ-da qəribə hadisə baş verib. Milli.Az xarici mediaya istinadla xəbər verir ki, 38 yaşlı Kelli Kozyra adlı qadın kokain istifadəsi səbəbindən…
Müğənniyə Qarabağda vəzifə verildi

Müğənniyə Qarabağda vəzifə verildi

Müğənni Ayaz Qasımova vəzifə verilib. Bu haqda ilk dəfə sənətçi qonaq olduğu “Qonaqcanlı” verilişində açıqlayıb. “Bəli, mənə təklif gəlib. Bu…
Azərbaycanda suyun qiyməti ARTIRILA BİLƏR

Azərbaycanda suyun qiyməti ARTIRILA BİLƏR

Azərbaycanda su tariflərinin müzakirəyə çıxarılması gündəmdədir. Proses.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin…