• 08.11.2024 13:06

“Biz onlara heç bir pislik etməmişdik, çörək vermişdik”

“Biz onlara heç bir pislik etməmişdik, çörək vermişdik”

“Biz indi quruculuq işləri ilə məşğuluq. Bizim üçün əsas məsələ budur. Amma görəndə ki, Ermənistan və onun arxasında duran, Azərbaycana düşmən gözü ilə baxan, bizə soyuq müharibə elan edən qüvvələr Ermənistanı silahlandırır, Ermənistan silahlanır, biz adekvat addım atmağa məcburuq”.

Proses.az-ın məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciətində deyib.

Dövlət başçısı qeyd edib ki, otuz illik işğal tarixi bizim yaddaşımızdan silinmir: “Bayaq dediyim kimi, heç vaxt silinməməlidir. Biz hər an yeni təxribata hazır olmalıyıq və hazırıq. Azərbaycan Silahlı Qüvvələri hər an təxribatı dəf etmək üçün hazır vəziyyətdədir. Əgər kimsə yenidən bizim gücümüzü sınamaq istəyirsə, yenidən məğlub olacaq, yenidən biabır olacaq. Çünki 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir. Onu bizə bağışlaya bilmirlər. Ona görə Qərbdə Azərbaycana qarşı geniş, çirkin kampaniya aparılır. Ölkəmizi gözdən salmaq, olmazın iftiralarını uydurmaq, öz əlinin altındakı saxta xəbər mənbəyi olan media resurslarından, qeyri-hökumət təşkilatlarından istifadə edərək Azərbaycanı qaralamaq, şantaj etmək, ləkələmək, təhqir etmək, bax, o özünü alçaldılmış sayan Qərb dövlətlərinin və uğursuz Qərb liderlərinin məqsədidir və onların çirkin üsuludur.

Azərbaycan xalqı bunu bilir və Ermənistan xalqı da bunu bilməlidir, kimdir onların əsas düşməni? Biz deyilik. Biz onlara heç bir pislik etməmişdik. Biz onlara çörək vermişdik. Onlar bizim torpağımızda yaşayıb, özləri üçün həyat qurmuşdular. Baxmayaraq ki, XIX əsrdə ancaq onlar buraya göndərilmişdi. Biz nə pislik etmişdik? Onlar bizə qarşı soyqırımı törətdilər – Xocalı soyqırımı. Otuz il ərzində bütün şəhər və kəndlərimizi dağıtdılar, məscidlərimizi təhqir etdilər, sökdülər. Bütün o bölgəni minalayıblar. Üç yüzdən çox insan artıq minaların qurbanı olub Azərbaycanda. Ona görə biz onların düşməni deyilik, onların düşməni onların arxasında duran və ondan sonra onların arxasından dovşan kimi, siçan kimi qaçan siyasətçilərdir. Mənim sözlərimə onlar yaxşı qulaq assınlar”.

DİGƏR XƏBƏRLƏR

“TRT Belgeseldən “Qol atan cəbhəyə: “Qarabağ” adlı film – Video

“TRT Belgeseldən “Qol atan cəbhəyə: “Qarabağ” adlı film –…

Türkiyənin “TRT Belgesel” kanalı “Qarabağ” haqqında sənədli film hazırlayıb. “Qafqazinfo” xəbər verir ki bu barədə kanalın feysbuk hesabında paylaşım olunub.…
Bakı Olimpiya Stadionunda ərazi üzrə görülən işlər açıqlanıb

Bakı Olimpiya Stadionunda ərazi üzrə görülən işlər açıqlanıb

BMT-nin istifadə edəcəyi ərazi tamamilə hazırdır. Sadəcə ölkə pavilyonlarında materialları özləri gətirdiyi üçün hazırlıq işləri 92 faiz yekunlaşıb. Milli.Az xəbər…
Putin COP29-a gəlməsi məsələsinə aydınlıq gətirdi

Putin COP29-a gəlməsi məsələsinə aydınlıq gətirdi

Bakıda keçiriləcək BMT-nin iqlim konfransında Rusiyanı baş nazir Mixail Mişustin təmsil edəcək. Milli.Az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir…
Sabah leysan yağacaq

Sabah leysan yağacaq

Noyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Proses.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı…
COP29 vaxtı rayonlardan Bakıya giriş belə olacaq

COP29 vaxtı rayonlardan Bakıya giriş belə olacaq

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Bakının nəqliyyat sektorunda bir sıra dəyişikliklər…
Mehriban Əliyeva Zəfər parkı və Dövlət Bayrağı Meydanı ilə bağlı paylaşım edib

Mehriban Əliyeva Zəfər parkı və Dövlət Bayrağı Meydanı ilə…

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Zəfər parkı və Dövlət Bayrağı Meydanı ilə bağlı paylaşım edib. Proses.az paylaşımları təqdim edir:
Prezident Fərman imzaladı

Prezident Fərman imzaladı

2024-cü il oktyabrın 11-də Bakı şəhərində imzalanmış “Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun…
Türkiyəli fermerdən Azərbaycana özünəməxsus təbrik – Video

Türkiyəli fermerdən Azərbaycana özünəməxsus təbrik – Video

Türkiyənin Kırklareli bölgəsində yaşayan fermer Azərbaycanın Zəfər Gününü növbəti dəfə özünəməxsus şəkildə təbrik edib. “Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir…
Ərdoğan Prezident İlham Əliyevi TƏBRİK ETDİ

Ərdoğan Prezident İlham Əliyevi TƏBRİK ETDİ

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Proses.az xəbər verir ki, məktubda deyilir: “Cənab Prezident, Əziz…
Prezident İlham Əliyev Bakıda Zəfər parkının açılışında iştirak edib

Prezident İlham Əliyev Bakıda Zəfər parkının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak…
Zəfər Parkı açılışa hazırlaşır – VİDEO

Zəfər Parkı açılışa hazırlaşır – VİDEO

Zəfər Parkı açılışa hazırlaşır  Musavat.com xəbər verir ki, 8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi doqquz hektardan çoxdur. Parkın…
Prezident Zəfər Günü ilə bağlı – Paylaşım etdi

Prezident Zəfər Günü ilə bağlı – Paylaşım etdi

Prezident İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi sosial şəbəkə hesablarında paylaşım edib. Proses.az paylaşımı təqdim edir:
General-mayor ali hərbi rütbəsi verilən şəxslər kimlərdir?

General-mayor ali hərbi rütbəsi verilən şəxslər kimlərdir?

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Oxu.Az xəbər verir ki, Sərəncama əsasən, nazirliyin aşağıdakı hərbi…
Estetik əməliyyatlar edən Natəvan Əmirova cərrah deyilmiş

Estetik əməliyyatlar edən Natəvan Əmirova cərrah deyilmiş

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bir neçə gün əvvəl rüşvət verərək estetik cərrah olduqları iddia olunan həkimlərlə bağlı məlumat yayıb.  “Qafqazinfo” xəbər…
Hikmət Mirzəyevə general-polkovnik hərbi rütbəsi verildi

Hikmət Mirzəyevə general-polkovnik hərbi rütbəsi verildi

Müdafiə Nazirliyi Quru Qoşunlarının komandanı Hikmət Mirzəyevə general-polkovnik hərbi rütbəsi verilib. Proses.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev…