- 15.11.2024 14:38
Amerika erməninin bu fırıldağından danışır: Hələ beləsi olmamışdı – FOTO
Sığorta şirkətini aldatmağa çalışan 4 nəfər saxlanılıb.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Los Ancelesdə ayı kostyumu geyinərək “Rols-Roysa” zərər verərək sığorta şirkətini aldatmağa çalışanlar tutulub.
Los Ancelesdə park olunmuş 2010-cu ilin “Rolls-Royce” avtomobilnin sahibi sığorta şirkətinə müraciət edərək maşına ayının zərər vurduğunu açıqlayıb. Sürücü buna dair görüntülər də göstərib. O, sığorta şirkətindən 141 min dollar tələb edib.
Görüntülər araşdırıldıqdan sonra məlum olub ki, avtomobilə hücum edən “ayı” real deyilmiş. Belə ki, sürücü dostları ilə birlikdə sığorta şirkətindən “pul qoparmaq” üçün belə bir plan qurub. Onlardan biri ayı kostyumu geyinərək hadisəni “hücum” kimi səhnələşdirib.
Kaliforniya polisi tərəfindən saxlanılan 4 nəfərdən 3-ü erməni olub. Belə ki, saxtakarlığa görə 26 yaşlı Ruben Tamrazian, 39 yaşlı Ararat Chirkinian, 32 yaşlı Vahe Muradkhanyan və 39 yaşlı Alfiya Zuckerman tutulub.