- 23.11.2024 13:34
Bakıda jurnalisti maşın vurdu – FOTO

Tanınmış idman jurnalisti Elçin Cəfərov bədbəxt hadisə ilə üzləşib.
Medianews.az manset.az-a istinadən xəbər verir ki, jurnalist dünən axşam “Türkiyədən futbol” verilişindən çıxıb evinə qayıdarkən işıqforun qırmızı işığında, piyada keçidindən istifadə zamanı avtomobil tərəfindən vurulub.
Məlumata görə, hazırda onun həyati təhlükəsi yoxdur, lakin o, müxtəlif bədən xəsarətləri alıb.
Hazırda Elçin Cəfərovun müalicəsi davam edir.