- 27.11.2024 15:40
Prezident onu rektor təyin etdi – Sərəncam
Kamilə Hüseyn qızı Dadaş-zadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilib.
Proses.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Kamilə Dadaş-zadənin son iş yeri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri olub. O, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professordur.