• 06.01.2025 15:36

Elçin Göyçaylı: “Mən heç bir qadını fahişəliyə cəlb etməmişəm”

Elçin Göyçaylı: “Mən heç bir qadını fahişəliyə cəlb etməmişəm”

“Son günlər barəmdə yayılan xəbərlər şayiədir. Əgər mən qadınları fahişəliyə cəlb etmişəmsə, niyə azadlıqdayam?”

Proses.az xəbər verir ki, bunu Lent.az-a açıqlamasında müğənni Elçin Göyçaylı deyib. Onun sözlərinə görə, barəsində yayılan bu xəbəri mətbuatdan və yaxınlarından eşidib:

“Həmin Mətanət adlı xanımla Moskvada el şənliklərinin birində tanış olmuşam. Məni məclisə dəvət ediblər, oxuyub qonorarımı almışam. Bütün yaxınlarımın içində biabır olmuşam. Əgər bu işdə mən suçlu olsaydım, indi evimdə yox, həmin qadınla birgə cəzaçəkmə müəssisəsində olardım. Saytlar xəbəri dəqiqləşdirmədən və mənim fikrimi öyrənmədən paylaşıblar. Həmin sayt rəhbəri ilə danışdıqda məndən 300 manat müqabilində xəbəri siləcəyini bildirdi. Mən heç bir qadını əxlaqsızlığa sövq etməmişəm və bu məsələdə mənim adımın hallanması şəxsi, eləcə də iş həyatıma mənfi təsir göstərib. Hər kəs də bilir ki, mən 44 günlük Vətən müharibəsi zamanı vətənpərvərlik mahnıları bəstələyərək ifa etdim. Təkcə mənim “Noldu Paşinyan” adlı mahnım dillər əzbəri oldu. Artıq vəkil tutmuşam və həmin saytları məhkəməyə verəcəyəm”.

Müğənni onu da bildirib ki, bu xəbərin yayılmasının arxasında ona qısqanclıq edənlər durur:

“Təxminən ay yarım bundan qabaq Əhmədli qəsəbəsində evimə gedərkən 3 nəfərin hücumuna məruz qaldım. Onlar mənə ciddi xəsarətlər yetirərək çənəmi sındırdılar. Hüquq-mühafizə orqanları məsələyə həssas yanaşdılar və həmin şəxslər barəsində cinayət işi açıldı. Hazırda Xətai Rayon Məhkəməsində işimiz davam edir. Bu hadisədən sonra barəmdə böhtan xarakterli xəbərlərin yayılması məni heç də təəccübləndirmədi. Ümid edirəm ki, həmin dezinformasiyanı ötürənlər və xəbəri ilk paylaşan saytlar cəzasını alacaq”.

Qeyd edək ki, mətbuatda müğənni Elçin Göyçaylının qadınları Moskvaya apararaq fahişəliyə cəlb etməsi ilə bağlı xəbərlər yayılıb. Belə ki, Rusiyada “Maşa” ləqəbi ilə tanınan Mətanət Məmmədova Moskva şəhərində xeyli sayda icarəyə götürülmüş kafe və restoran işlədib, həmçinin azərbaycanlı müğənnilərin Moskvada kafe və restoranlarda çıxışlarına təşkilatçılıq da edib.

O, 20-yə yaxın azərbaycanlı qadını Moskvada fahişəliyə cəlb etməkdə ittiham olunub. Mətanət Məmmədovanı zərərçəkmiş qadınların bəziləri ilə müğənnilik fəaliyyəti ilə məşğul olan “Elçin Göyçaylı” kimi tanınan şəxsin tanış etməsi də məlum olub. Elçin qadınları yüksək maaş vədi ilə Mətanət Məmmədovanın yanına göndərib. Şahid qismində “Elçin Göyçaylı” ilə duet ortağı olan qadının da məhkəmədə ifadəsi alınıb. Məhkəmənin qərarı ilə Mətanət Məmmədova 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

DİGƏR XƏBƏRLƏR

Hərəkətdə olan yük maşınların kütlə parametrləri belə yoxlananılacaq – YENİ QAYDA

Hərəkətdə olan yük maşınların kütlə parametrləri belə yoxlananılacaq –…

Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin…
“BBC News” Azərbaycandakı ofisini bağladı

“BBC News” Azərbaycandakı ofisini bağladı

“BBC News” Azərbaycandakı ofisini bağladı. Trend xəbər verir ki, bu barədə BBC-nin açıqlamasında deyilir. Qeyd edilir ki, “BBC News” Azərbaycan…
“Allahın bilsin, vicdanına buraxıram!” – Qalmaqal böyüyür

“Allahın bilsin, vicdanına buraxıram!” – Qalmaqal böyüyür

Stilist Anar Ağakişiyevlə aktrisa Zarina Qurbanova arasındakı qalmaqal alovlanıb. Proses.az olay.az-a istinadən xəbər verir ki, Zarina Anarın “yalan danışır” iddiasına…
Bu istiqamətdə də ödənişli yol çəkiləcək – AÇIQLAMA

Bu istiqamətdə də ödənişli yol çəkiləcək – AÇIQLAMA

Ölkəmizdə bir müddətdir ki, ənənəvi yola alternativ olaraq, ödənişli yollar da sürücülərin istifadəsinə verilib. Bu cür yolların əsas məqsədi nəqliyyat…
Hava şəraitinə dair növbəti XƏBƏRDARLIQ: Çovğun olacaq

Hava şəraitinə dair növbəti XƏBƏRDARLIQ: Çovğun olacaq

Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı növbəti xəbərdarlıq elan edib. Proses.az xəbər verir ki, ölkə ərazisində fevralın 24-ü gündüzədək qeyri-sabit…
Prezident Ədliyyə Nazirliyi ilə bağlı Fərman imzaladı

Prezident Ədliyyə Nazirliyi ilə bağlı Fərman imzaladı

Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin say həddi artırılıb. Proses.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman…
Xanım prokurorlara yeni vəzifə verildi – FOTO

Xanım prokurorlara yeni vəzifə verildi – FOTO

Baş Prokurorluğun Mətbuat xidmətinə yeni əməkdaş təyin edilib. Medianews.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.…
MEDİA: Kütləvi kiber hücumun nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür

MEDİA: Kütləvi kiber hücumun nəticələrinin aradan qaldırılması üçün tədbirlər…

20 fevral 2025-ci il tarixində ölkəmizin bir sıra onlayn media resurslarına qarşı həyata keçirilən kütləvi kiber hücumu Azərbaycanın informasiya təhlükəsizliyinə təhdid kimi…
Bakıda 5 gün qışın ən soyuq dövrü olacaq

Bakıda 5 gün qışın ən soyuq dövrü olacaq

Bu gün axşam saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında havanın temperaturu mənfi 2°-dək enəcək. Fevralın 21-dən sonra isə hətta gündüz…
Şəhid bacısı sədr seçildi -FOTO

Şəhid bacısı sədr seçildi -FOTO

29 yanvarda keçirilən bələdiyyə seçkilərinin nəticələrinə əsasən lider namizədlər arasında 44 günlük Vətən müharibəsində şəhid olan əsgərin bacısının adı da…
Azərbaycanda məktəb direktoru qəza törətdi – VİDEO

Azərbaycanda məktəb direktoru qəza törətdi – VİDEO

İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib. Yenisabah.az xəbər verir ki, Qalib Bəşirovun idarə etdiyi “Ford” markalı avtomobil səkiyə çırpılıb. Qəza nəticəsində 2 nəfər…
Qafqazşünaslıq İnstitutu ləğv edildi

Qafqazşünaslıq İnstitutu ləğv edildi

AMEA-nın Qafqazşünaslıq İnstitutu ləğv edilib.  Proses.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı AMEA-nın Rəyasət Heyətinin iclasında qərar qəbul olunub.…
Bakıda həkim HƏBS OLUNDU

Bakıda həkim HƏBS OLUNDU

Bakıda həkim inzibati qaydada həbs edilib. Proses.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib. Qaradağ rayonu…
Bağlanan “Nuxa” “qumar kralı”nın imiş…

Bağlanan “Nuxa” “qumar kralı”nın imiş…

Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonunda yerləşən “Nuxa” restoranın fəaliyyəti dayandırılıb.  “Qafqazinfo”nun məlumatına görə, restoranın sahibi hazırda həbsdə olan və “qumar…
Bakıya güclü qar yağacaq, çovğun olacaq – Sabahın HAVASI

Bakıya güclü qar yağacaq, çovğun olacaq – Sabahın HAVASI

Fevralın 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə sulu qar,…