- 29.01.2025 14:07
“Özümü heyvan kimi hiss edirəm” – “Real”ın ulduzu
“Real Madrid”in zədəli futbolçusu Dani Karvaxal hazırkı durumunu dilə gətirib.
O, bərpa prosesindən bəhs edib.
Futbolçu ağır zədədən sonra meydana ən yüksək səviyyədə qayıdacağını bildirib:
“Özümü heyvan kimi hiss edirəm! Sağalma prosesim yaxşı gedir. Mən əvvəlki kimi ən yüksək səviyyədə qayıdacağam… Buna heç bir şübhə yoxdur”.
Xatırladaq ki, müdafiəçi ötən ilin oktyabr ayında “Vilyarreal” ilə matçda sıradan çıxmışdı./Milli.Az/