- 01.02.2025 11:31
Eyni anda 7 qadınla evli olan kişi – “Gündə biri əsəbləşir” – FOTO
Sosial media fenomeni Alex Marin yeddi qadınla evli olduğunu açıqlayıb.
Milli.Az xəbər verir ki, meksikalı sosial media fenomeni Alex Marin yeddi qadınla evli olduğunu açıqlayaraq gündəmə gəlib. O, çox arvadlı münasibətin ona özünəinam verdiyini və hər gün üçün ayrıca bir həyat yoldaşının olmasının həyəcanverici olduğunu bildirib.
Marin 2021-ci ildə üç qadınla eyni anda evli olduğunu açıqlayaraq gündəmi zəbt etmişdi. Son açıqlamasında isə daha dörd qadının ailəsinə qatıldığını deyib. Meksikanın Tijuana şəhərində yayımlanan “Rachis Carillo” podkastına qatılan fenomen, yeni evliliklərindən xoşbəxt olduğunu vurğulayıb.
O, ikinci və üçüncü həyat yoldaşları olaraq tanıtdığı Giselle Montes və Yamileth Ramirezdən sonra digər dörd həyat yoldaşının adlarını açıqlamayıb. Marin münasibətinin çətinliklərindən danışaraq “Hər zaman aralarından biri əsəbiləşir” deyə qeyd edib.
Marinin qatıldığı podkastın TikTok görüntüləri qısa müddətdə 7,5 milyondan çox baxış toplayıb və sosial mediada geniş müzakirələrə səbəb olub.