- 03.02.2025 13:45
Milyonları öldürən COVİD19 əslində belə yayılıbmış – Həqiqət illər sonra üzə çıxdı
Minlərlə insanın ölümünə səbəb olan COVİD-19 labaratoriyada aparılan araşdırma zamanı “ehtiyatsızlıqdan” yayılıbmış.
Milli.Az xəbər verir ki, koronavirusla bağlı həqiqətlər illər sonra üzə çıxıb.
“Tesla”, “SpaceX”, “Neuralink” və “The Boring Company” kimi yüksək texnologiyalı şirkətlərin təsisçisi və rəhbəri Trampın müttəfiqi İlon Musk bildirib ki, ABŞ vətəndaşlarının vergi pulları ilə USAID xaricdə bioloji silahlar üzrə tədqiqat laboratoriyalarını maliyyələşdirib. Onun dediyinə görə COVID-19 pandemiyası bu cür tədqiqatlardan birinin nəticəsidir.
Mask sosial şəbəkədə bu barədə yazıb: “Bilirdinizmi ki, USAID, sizin vergi pulunuzla, milyonlarla insanın ölümünə səbəb olan COVID-19 da daxil olmaqla bioloji silah tədqiqatları maliyyələşdirib?”
USAID-in Peter Daszakın rəhbərlik etdiyi “EcoHealth Alliance” ilə “PREDICT” proqramı üzərində işləməsi iddiaları daha da gücləndirir. Bu proqram 1,200 yeni virusun aşkarlanmasına, dünya üzrə 5,000 nəfərin xəstəlikləri müəyyən etmək bacarığının artırılmasına və 60 tədqiqat laboratoriyasının inkişaf etdirilməsinə kömək edib. 2004-2022 illəri arasında “EcoHealth Alliance” USAID-dən 53 milyon dollarla artıq maliyyə dəstəyi alıb.
Mənbələr Peter Daszakın Vuhandakı laboratoriyada tədqiqatlarla bağlı əlaqələrini və bu əlaqələrin COVID-19-un laboratoriya sızması nəticəsində yayıldığını inkar etməyə çalışdığını da ortaya qoyur. Hətta Daszak bu iddiaları tamamilə rədd etmək məqsədilə gücünü və təsirini istifadə edərək “laboratoriya sızıntısı” təkzib etmişdir. Son aylarda isə ABŞ hökumətinin mənbələri və müxtəlif təşkilatlar COVID-19-un Vuhandakı laboratoriya sızmasından qaynaqlanmasının təsdiq edib.
Bu iddialar pandemiyanın yaranmasının arxasında dayanan amillər haqqında ətraflı araşdırmaların və sualların müzakirə edilməsinə səbəb olub. Bu məsələlər ABŞ hökumətinin gələcək siyasətini və beynəlxalq təşkilatlarla olan əməkdaşlıqlarını yenidən qiymətləndirmək zərurətini ortaya qoyur.
ABŞ-nin yeni prezidenti Donald Tramp administrasiyası 64 illik agentliyi ( USAID ) ləğv etməyi planlaşdırır. “USAID”in “X” hesabı şənbə günü silinib və onun vebsaytı da o vaxtdan bəri bağlıdır. Bazar ertəsindən etibarən onlarla USAID əməkdaşı işdən azad edildiyi barədə məlumat verilib. Gecə yarısı, bir neçə USAID işçisi rəsmi e-poçtlarına daxil ola bilmədiklərini bildirməyə başlayıb, bu da daha çox USAID əməkdaşının işdən çıxarılacağına dair narahatlıqları artırıb.
Xatırladaq ki, COVID-19 koronavirusun yaratdığı infeksiyadır və ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanmışdır. Virus 2019-nCoV (yeni koronavirus) olaraq tanınır və dünyada milyonlarla insanın xəstələnməsinə və bir çox ölümə səbəb olmuşdur. COVID-19, əsasən insanlara tənəffüs yolları vasitəsilə yayılıb, xüsusən öksürək, asqırıq və ya yaxın təmas vasitəsilə…
COVID-19-un əlamətləri arasında yüksək hərarət, öksürək, nəfəs darlığı və yorğunluq yer alır. Bəzi hallarda isə xəstələr hər hansı əlamət göstərməyib, bu da virusun yayılmasını çətinləşdirib. Çox sayda müalicə üsulları, dərmanlar və vaksinlər inkişaf etdirilsə də, pandemiya bir çox ölkədə uzun müddət davam edib.
Pandemiya dövründə dünyada iqtisadiyyat, sosial həyat və səhiyyə sistemləri ciddi şəkildə təsirlənib. COVID-19 ilə mübarizə məqsədilə karantin tədbirləri, maska taxmaq, sosial məsafə saxlamaq və vaksinasiya proqramları tətbiq olunub.