- 18.02.2025 15:57
Ərdoğanın Zelenskiylə görüşü başladı
Ankarada Türkiyə və Ukrayna Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Volodimir Zelenski arasında görüş başlayıb.
Bu barədə məlumatı “Habertürk” yayıb.
İkitərəfli münasibətlər və Rusiya-Ukrayna müharibəsinin müzakirə ediləcəyi görüşün nəticələrinə dair mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.
Bununla yanaşı, iki ölkə lideri mətbuata açıqlamalar verəcək.