- 21.02.2025 18:11
Şahin Bağırov onu rəis təyin etdi – FOTO

Dövlət Gömrük Komitəsinin (DGK) Hüquqi Təminat İdarəsinə yeni rəis təyin edilib.
Proses.az “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə gömrük xidməti mayoru Tural Məhərrəm oğlu Həsənli təyinat alıb. T.Həsənli 2024-cü ildən adıçəkilən idarə rəisi vəzifəsini icra edirdi.
Qeyd edək ki, DGK-nın Hüquqi Təminat İdarəsinin əvvəlki rəisi Sənan Muxtarov ötən il təqaüdə göndərilib. S.Muxtarov 32 il bu vəzifədə çalışıb.