• 11.03.2025 16:55

Rasim Balayev: “Proseslər elə gedir ki, bizim heç nədən xəbərimiz yoxdur”

Rasim Balayev: “Proseslər elə gedir ki, bizim heç nədən xəbərimiz yoxdur”

Martın 10-da “Cinema Talks” çərçivəsində keçirilən panel müzakirədə gərgin anlar yaşanıb. Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Əlisa Cabbarovla Kino Agentliyinin direktoru Orxan Fikrətoğlu bir-birini ittiham ediblər.

Əlisa Cabbarov bildirib ki, bu gün kino sahəsinə ayrılan pullar təyinatı üzrə xərclənmir. O, aidiyyəti qurumların bir-biri ilə yola getmədiklərini vurğulayıb:

“Ayrılan pullar hesabda yığılıb qalıb, kino ictimaiyyəti bunun səbəbini bilmir. Dövlət tərəfindən kino istehsalı üçün ayrılan vəsait lazımi formada xərclənmir”.

Azərbaycan Respublikasının Kino Agentliyinin direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu isə ona belə cavab verib:

“Statistikaya əsaslanmaq lazımdır. Kinoya ayrılan vəsait lazımi istiqamətdə xərclənir. Bu yaxınlarda “44”, “Borc”, “Doğma torpaq” kimi filmlərin təqdimatı olacaq. Deyəndə bunları da demək lazımdır”.

Oxu.Az xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev “Qaynarinfo”ya açıqlamasında xəstə olduğu üçün sözügedən tədbirə qatıla bilmədiyini qeyd edib:

“Kinoya ayrılan və xərclənən pullar şəffaf olmalıdır. Məsələn, bu gün “Azərbaycanfilm”ə pul vermirlər. Niyə? O boyda studiya qalıb gözdağı kimi. Əgər studiya varsa, niyə ona pul ayrılmır? Kimə, hansı təşkilata nə qədər pul verirlərsə, bu açıqlanmalıdır. Əlisa düz deyir”.

Sədrin sözlərinə görə, dövlətin kino sahəsinə ayırdığı pul Mədəniyyət Nazirliyinin balansına köçürülür:

“Nazirlik isə həmin pulu Kino Agentliyinin hesabına köçürür. Biz kino çəkən deyilik, amma ayrılan pullar kinoçəkənlərə, kinostudiyaya verilməlidir. Qəbul olunan ssenarilərin əsasında pul bölünməlidir. Amma bu gün proseslər elə gedir ki, bizim heç nədən xəbərimiz yoxdur. Pulun hara və necə xərclənməsi ilə bağlı məlumatsızıq. Bizi narahat edən əsas məsələ odur ki, Cəfər Cabbarlı adına Kinostudiya uzun illərdir, boş dayanıb, amma onlara pul ayrılmır. Niyə? Onların nə məqsədi var? Kinostudiyanı bağlamaq istəyirlər? Ümumiyyətlə, qurumla bağlı plan nədir? Kinostudiya qalıb bomboş, üç-dörd nəfər də əməkdaşı, film çəkmək üçün hər şərait də var. Niyə onlara pul ayrılmır? Səbəbini demirlər. Desinlər, biz də bilək”.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…