- 11.03.2025 17:17
Azərbaycanlıların böyrəklərini satan ukraynalı qadın SAXLANILDI

Azərbaycanlıların böyrəklərini satan ukraynalı qadın saxlanılıb.
Polşada 56 böyrəyin satışında iştirak edən və Qazaxıstanda 12 il həbs cəzasına məhkum edilən ukraynalı qadın saxlanılıb.
Musavat.com xəbər verir ki, bu barədə Polşa Prokurorluğunun məlumatında bildirilir.
Məlumata görə, 35 yaşlı Kseniya P. Polşa ilə Ukrayna arasındakı dəmiryol keçidində İnterpolun “qırmızı bildirişi” əsasında saxlanılıb.
Hazırda onun niyə məhkəmə hökmündən sonra Qazaxıstanda həbsdə olmadığı məlum deyil.
Kseniya P. 2020-ci ildən İnterpolun axtarışında idi və o, Qazaxıstana ekstradisiya ediləcək.
Qadın 2017-2019-cu illərdə insanlardan qanunsuz şəkildə toxuma və orqanları çıxararaq qara bazarda satan beynəlxalq mütəşəkkil cinayətkar qrupun üzvü olub. Cinayətkar dəstənin qurbanları Qazaxıstan, Azərbaycan, Ermənistan, Ukrayna, Qırğızıstan, Tacikistan, Özbəkistan və Tailandda yaşayan şəxslər olub.