- 12.03.2025 00:28
Milli Qəhrəman Salatın Əsgərovanın oğlu kritik vəziyyətdədir – narahatlıq yaradan paylaşım

Musavat.com xəbər verir ki, tanınmış jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov sosial şəbəkədə izləyicilərini narahat edən paylaşım edib.
O, statusunda “Bu sizə son sözümdü. Üç gündü yataqdan qalxa bilmirəm” sözlərini yazıb.
Məlumata görə, bir neçə gündür xəstə olan jurnalistin vəziyyətinin ağırlaşdığı ehtimal edilir. Lakin onun səhhətinin kritik olması barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur.
C. Əsgərovun dostları və həmkarları onun sağlamlığı ilə bağlı narahat olduqlarını bildiriblər və ümid edirlər ki, müvafiq qurumlar və səhiyyə sistemi ona lazım olan qayğını göstərəcək.
