- 12.03.2025 10:06
Məşhur aşpaz Azərbaycan mətbəxinə müraciət etdi – VİDEO

Yaxın Şərq və Şimali Afrika mətbəxi üzrə ixtisaslaşmış aşpaz, aparıcı Con Qreqori-Smit bu dəfə Azərbaycan mətbəxindən yemək hazırlayıb.
Aşpaz 1 milyonluq instaqram səhifəsində izləyicilərinə xingəlin hazırlanmasını təqdim edib.
Onun bu paylaşımına dörd gün ərzində 17 minə yaxın bəyənmə gəlib. Video 500 min şəxs tərəfindən izlənilib.
Qeyd edək ki, Con 7 yemək kitabının müəllifidir. O, bir çox yemək proqramında aparıcılıq edib. Con kanallarında müntəzəm resept videoları yerləşdirir. (Axşam.az)