• 12.03.2025 12:18

Azərbaycanda hamının içdiyi narkotik tərkibli QRİP DƏRMANLARI: SİYAHI

Azərbaycanda hamının içdiyi narkotik tərkibli QRİP DƏRMANLARI: SİYAHI

Azərbaycanda satılan bəzi qrip dərmanlarında, preparatlarda, qrip tozlarında (paraşok) narkotik vasitə və psixiotrop maddələrin olması barədə məlumat var.

Ajans.az xəbər verir ki, hətta, bir sıra iş yerlərində narkotik testi zamanı narkotik aludəçisi olmayan şəxslərdə analizlər müsbət çıxıb. Bu isə həmin şəxslərin işlərini itirməsi ilə nəticələnib. Araşdırmadan sonra məlum olub ki, bu şəxslər narkoman deyil və qrip dərmanlarından istifadə ediblər. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi sorğu ünvanladıq.

Sorğumuza cavab olaraq bildirdilər ki, bəzi qrip dərmanlarının tərkibində narkotik vasitə və psixiotrop maddələr var.

Hazırda Azərbaycan Respublikasının ərazisində 19 ticarət adı ilə belə mürəkkəb tərkibli dərman vasitələri dövlət qeydiyyatına alınıb, bunlardan on ikisi həkim resepti əsasında buraxılır.

19 dərmanın 6-sı qrip və soyuqdəymə əleyhinə istifadə olunur. Tərkiblərində narkotik vasitə olan kodein (codeine) mövcuddur və qanunvericiliyə görə nəzarətdə saxlanılmır. Dərmanlar bunlardır: Kaffetin, Paraferin, Pentalgin®-N, Kodelak®, Piralgin Neo, Kodefrin. Bunlardan ilk ikisi reseptsiz, qalanları reseptlə buraxılır.

Ajans.az-ın sorğusuna cavabda bildirilir ki, ümumiyyətlə ölkə ərazisinə dünyanın qabaqcıl dərman istehsalçıları tərəfindən idxal olunan bəzi mürəkkəb dərman vasitələrinin tərkibində kompleks müalicənin aparılması məqsədilə müəyyən faiz nisbətində narkotik vasitələr və psixotrop maddələr mövcuddur:

‘’Buna misal olaraq, tərkibində narkotik vasitə kodein və psixotrop maddə fenobarbital olan mürəkkəb tərkibli dərman vasitələrini göstərmək olar. Kodein tibdə əsasən ağrıkəsici (analgetik) və öskürək əleyhinə (antitussiv), fenobarbital isə antikonvulsant (qıcolma əleyhinə), sedativ (sakitləşdirici) və yuxugətirici dərman kimi istifadə olunur.

Məlumat üçün bildiririk ki, tərkibində kodein olan dərman vasitələri 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Beynəlxalq Konvensiyanın 3-cü siyahısına daxil edilib. Onların qanuni tibbi istifadəsi, miqdarı, sui-istifadə edilmə ehtimalı və həmin maddələrin asanlıqla bərpa oluna bilməyəcəyi (dərman vasitələrinin tərkibindən çıxarılması) səbəbindən, həmin Konvensiya ilə nəzərdə tutulan bəzi nəzarət tədbirlərindən azad edilib.

Həmçinin, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ saylı Qanununa görə, kodein ölkə ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələrin, fenobarbital isə dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısına daxil edilib, lakin başqa mürəkkəb tərkibli dərman preparatlarının tərkibində nəzarət tədbirlərindən azad edilib.

Əlavə olaraq diqqətinizə çatdırmaq istərdik ki, 01.01.2024-cü il tarixindən etibarən ölkə ərazisində “Elektron Resept” sisteminə keçid başlanılıb. Elektron reseptin üstünlüklərindən biri sistem üzərindən xəstəyə dərman vasitəsi təyin olunmamışdan əvvəl diaqnozun təyin olunmasıdır. Həmçinin, pasiyent üçün tərtib olunan elektron resept özündə resepti yazan həkim və pasiyentə dair məlumatları daşıyır. Vətəndaş elektron resept vasitəsilə aptekdən dərman vasitəsini əldə etdikdə, sistem üzərindən həmin reseptin aktivlik statusu itir. Bu, bir reseptlə bir neçə aptekdən təkrar olaraq eyni dərman vasitəsinin əldə edilməsinin qarşısını almaqla yanaşı, dərman vasitələri üzərində nəzarətin həyata keçirilməsində əhəmiyyətli rol oynayır.

Qeyd edək ki, məlumatda göstərilən “Coumadin” adlı məhsul mövcud qanunvericiliyə uyğun olaraq dərman vasitəsi kimi dövlət qeydiyyatına alınmayıb və dərman vasitələrinin dövlət reyestrinə daxil edilməyib.

Nəzərinizə çatdırırıq ki, məqalədə qeyd olunan dövlət qeydiyyatına alınmayan həmin məhsulun ölkəyə qeyri-qanuni idxalı və satışının təşkilinin araşdırılması istiqamətində tərəfimizdən keçirilən plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar zamanı mövcud qanunvericiliyin tələblərinə uyğun lazımi tədbirlər görüləcəkdir’’.

Ümumiyyətlə, özəl tibb müəssisələrində və aptek təşkilatlarında baş verən qanun pozuntularına rast gəldikdə, vətəndaşlar AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 07 12), aem@pharma.az elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir.

DİGƏR XƏBƏRLƏR

Həbs olunan Ağadadaş Ağayev məhkəmədən sonra ilk dəfə DANIŞDI – VİDEO

Həbs olunan Ağadadaş Ağayev məhkəmədən sonra ilk dəfə DANIŞDI…

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi ötən həftə yekunlaşıb. Binəqədi rayon Məhkəməsində hakim…
Ermənistanın “Arabo”sunun QƏTLLƏRİ ortaya çıxdı – VİDEO

Ermənistanın “Arabo”sunun QƏTLLƏRİ ortaya çıxdı – VİDEO

AzTV Xəbər Ermənistanın “Arabo” dəstəsi və bu dəstənin liderlərinin niyə hələ də azadlıqda olduğu barədə süjet təqdim edib. Rəsmi Bakının…
Generala yeni vəzifə verildi

Generala yeni vəzifə verildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi vəzifəsindən istefa verib. Proses.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Tibb Xidmətinin rəisi polkovnik-leytenantı…
“Şikayət etmək istəyəndə qarşımızı Xuraman həkim kəsdi”

“Şikayət etmək istəyəndə qarşımızı Xuraman həkim kəsdi”

Talassemiyalı uşaqların müalicəsi üçün verilmiş pulları ələ keçirməkdə ittiham olunan üç xanımın məhkəmə araşdırması davam edir. “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər…
“Ona görə kişim yoxdur ki…” – FOTO

“Ona görə kişim yoxdur ki…” – FOTO

14 fevral “Sevgililər günü”ndə Bakıda konsert proqramı ilə çıxış edən Rusiyanın estrada ulduzu Alsu şəxsi həyatı ilə bağlı açıqlama verib.…
Rusiyada DİN generalı saxlanıldı

Rusiyada DİN generalı saxlanıldı

Rusiya Daxili İşlər Nazirliyinin Volqa Federal Dairəsi üzrə Nəqliyyat İdarəsinin keçmiş rəisi, general-mayor Aleksandr Berejnoy Moskvada saxlanılıb. 49 yaşlı Berejnoy…
Xalq artisti dəbdəbəli VİLLAsından VİDEO paylaşdı

Xalq artisti dəbdəbəli VİLLAsından VİDEO paylaşdı

Xalq artisti Brilliant Dadaşova Buzovna kəndində yerləşən dəbdəbəli villasının terrasından paylaşım edib. 8 mart – “Beynəxalq Qadınlar Günü”ndə Bakı Konqres…
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: mühüm AÇIQLAMA

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: mühüm AÇIQLAMA

“Azərbaycanın avtomobil bazarında idxal və vergi tənzimləmələri ilə bağlı narahatlıqlar var”. Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət…
Xankəndidə separatçıların yuvası SÖKÜLÜR – VİDEO

Xankəndidə separatçıların yuvası SÖKÜLÜR – VİDEO

Xankəndidə bir vaxtlar separatçıların yuvası olan qondarma hökumət evi sökülür. Proses.az oxu.az-a istinadən xəbər verir ki, söküntü işləri artıq iki…
Bu tarixdə yaxın qohumlar arasında nikah qadağan olunacaq

Bu tarixdə yaxın qohumlar arasında nikah qadağan olunacaq

Bu ilin iyul ayından yaxın qohumlar arasında nikah qadağan olunacaq. Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil…
Azərbaycanda tanınmış iş adamı vəfat etdi

Azərbaycanda tanınmış iş adamı vəfat etdi

Azərbaycanın tanınmış iş adamı – “ASPİ GLASS” Şirkətlər Qrupunun prezidenti Adil Yusifov 65 yaşında vəfat edib. Proses.az xəbər verir ki,…
Şad XƏBƏR: Bu şəxslər hər ay 200 manat ALACAQLAR

Şad XƏBƏR: Bu şəxslər hər ay 200 manat ALACAQLAR

Sosial rifahın gücləndirilməsi məqsədilə həyata keçirilən sosial paket çərçivəsində minimum əməkhaqqının artırılması bir sıra müavinət və təqaüdlərdə də yüksəlişə səbəb…
Sabah yay havası olacaq

Sabah yay havası olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Medianews.az xəbər verir ki, bu…
Davada onları ayırmağa gələn polisin başını əzməyə çalışdı – ANBAAN VİDEO

Davada onları ayırmağa gələn polisin başını əzməyə çalışdı –…

Türkiyədə dava zamanı bir nəfər yol polisinin başına tullanıb. Hadisə Aydın şəhərinin Bozdoğan qəsəbəsində baş verib. Dəvə döyüşü festivalında gözlənilmədən…
Xalq artisti vəfat etdi – FOTO

Xalq artisti vəfat etdi – FOTO

Azərbaycan SSR Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı balet ustası Tamilla Şirəliyeva 79 yaşında vəfat edib. Proses.az xəbər verir ki,…