- 13.03.2025 17:30
Rəsmi İrəvandan sülh sazişi ilə bağlı SON DƏQİQƏ açıqlaması
Ermənistan Xarici İşlər Nazirliyi Bakının sülh müqaviləsinin mətninin son iki bəndinin razılaşdırılması ilə bağlı bəyanatını təsdiqləyib.
Musavat.com xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Ermənistan XİN-in açıqlamasına görə, sənəd imzalanmağa hazırdır.
Nazirlik İrəvanın razılaşmanın imzalanma vaxtı və yeri üzrə Bakı ilə məsləhətləşmələrə başlamağa hazır olduğunu bildirib.