• 22.03.2025 20:26

ATİAHİ Respublika Komitəsindən növbəti bayram düşərgəsi

ATİAHİ Respublika Komitəsindən növbəti bayram düşərgəsi

Müqəddəs Ramazan ayında Novruz bayramı münasibətilə təşkil edilən düşərgəyə 700-ə yaxın ittifaq üzvü cəlb olunub

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) Respublika Komitəsi müqəddəs Ramazan ayında Novruz bayramı münasibətilə “Novruz 2025” adlı düşərgə təşkil edib.

ATİAHİ Respublika Komitəsinin Mətbuat Xidmətindən Proses.az-a verilən məlumata görə, Xaçmaz rayonunun Xuray kəndində yerləşən “Təhsil” İstirahət Mərkəzində təşkil olunan düşərgədə 350-yə yaxın təhsil işçisi,həmçinin həmkarlar ittifaqının üzvü olan 300 nəfərdən artıq ali məktəb tələbələri iştirak edəcəklər.

Düşərgədə ilk 5 gündə, yəni martın 21-dən 25-dək məktəbəqədər təhsil müəssisələrində çalışan təhsil işçiləri, ikinci mərhələdə, yəni, martın 26-dan 31-dək isə müxtəlif ali təhsil müəssisələrindən olan tələbələr iştirak edəcəklər. Düşərgə çərçivəsində bayram proqramları ilə yanaşı, iştirakçıların bilik və bacarıqlarının inkişafına yönəlmiş intellektual oyunların və maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulub.

Düşərgənin açılış mərasimində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin birinci müavini Tehranağa Abdullayev çıxış edərək ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayevin Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. T.Abdullayev düşərgədə iştirak edən respublikanın müxtəlif bölgələrindən olan məktəbəqədər təhsil müəssisələrində çalışan ittifaq üzvlərinə xoş istirahət və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Martın 21-dən 25-dək “Novruz-2025” düşərgəsi iştirakçılara vaxtlarını səmərəli keçirmək,  istirahət, məktəbəqədər təhsil işçilərinin uşaqları üçün isə rəngarəng əyləncə proqramı kimi imkanlar təqdim edəcək. “Novruz 2025” bütövlükdə iştirakçıların sosial inkişafını dəstəkləməklə yanaşı, onların komanda işi və yaradıcılıq bacarıqlarının artırılmasına şərait yaradacaq.

Beş günlük proqram çərçivəsində məktəbəqədər təhsil müəssisələrində çalışan təhsil işçilərinin iştirakı ilə mədəniyyət və incəsənət tədbirləri, əyləncəli şou proqramlar təşkil olunacaq, komanda quruculuğuna dair fəaliyyət istiqamətində əməkdaşlıq və ünsiyyət bacarıqları müzakirə ediləcək. Həmçinin düşərgə iştirakçıları üçün psixoloji dəstək seminarları keçiriləcək.

Düşərgənin ikinci mərhələsində, yəni martın 26-dan 31-dək tələbələr üçün istirahətlə yanaşı, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə intellektual bacarıqlarının təqdimatı üçün geniş imkanlar yaradılacaq. Ümumiyyətlə, “Novruz 2025” düşərgəsi gənclərin təfəkkürünün sosial və akademik inkişafını dəstəkləməyi, o cümlədən onların liderlik, komanda işi və yaradıcılıq bacarıqlarını artırmağı hədəfləyir. Burada tələbələr üçün komanda ruhunun və fiziki aktivliyinin artırılması üçün müxtəlif idman yarışları, onların analitik düşüncə və məntiqi təhlil qabiliyyətlərinin inkişaf etdirilməsinə xidmət edən intellektual oyunlar, mədəniyyət və incəsənət tədbirləri, eyni zamanda, iştirakçıların natiqlik qabiliyyələrinin peşəkar inkişafı, liderlik, şəxsi bacarıqların təkmilləşdirilməsi istiqamətində təlimlər təşkil olunacaq.

Bir sözlə, “Novruz-2025” düşərgəsi gənclərə yeni dostluqlar qurmaq, fərqli təcrübələr qazanmaq və özünü inkişaf etdirmək üçün unikal bir platforma təqdim edəcək.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…